Bu gün:

Güləşin tarixi



Güləşin tarixinin ilk real izləri 4000 il əvvələ aid Şumer yazılarında görülür. Dünyanın ilk ədəbiyyat nümunəsi hesab olunan "Gilqameş " dastanında Günəşdən bəhs edilir. Bu da bizə güləşin dünya mədəniyyətinin yaşı qədər qədim olduğunu deməyə əsas verir.

Yunanlar üçün güləş bir elm, ilahi bir sənət hesab olunur. İdmançılar qışda dərisini günəş işığından və ya soyuqda şaxtadan qorumaq üçün bədənlərini zeytun yağı ilə ovur çox nazik qum təbəqəsi ilə örtərək güləşirdilər.


Güləş ilk dəfə beynəlxalq arenada E.ə 708-ci ildə Olimpiya Oyunlarında oynanılıb. Disk atma, uzunluğa tullanma, nizə atma, qaçış yarışlarından sonra güləş oyunların bağlanış mərasimindən qabaq keçirilirdi.


Peşəkar güləş təxminən 1800-cü ildə Fransada keçirilib. Güləş elitasına çıxışı olmayan güləşçilər truppalar yaradaraq, Fransanı gəzərək istedadlarını nümayiş etdirirdilər.1848-ci ildə fransız şoumen Cin Eksbroyat ilk müasir güləşçilərin sirk truppasını yaradıb.


Mənbə: uww.org

Tərcümə etdi: Bənövşə Bağırova


Paylaş
Şərh əlavə et