Bu gün:

Futbolun müxtəlif verisyaları


Futbolun bizə çox yaxşı tanış olan müasir forması XIX əsrdə yaranıb, lakin futbolun bir qədər fərqli versiyaları çox daha əvvəllər mövcud idi. 
Tarixə məlum olan ilk futbol 3000 il əvvəl mesoamerikalı tayfalar arasında oynanılırdı. Topun günəşi simvolizə etdiyi bu oyunda sonda uduzan komandanın kapitanının günəş tanrısına qurbanı verildiyini nəzərə alsaq düşünmürəm ki, bu oyunu oynamaq istəyərdiniz.

Başqa bir futbol adlandıra biləcəyimiz oyun II-III əsrlərdə Çində yaranan Çujudur. Çju təpik texnikasının istifadə olunduğu ilk futbol oyunudur. Sonralar oyun Yaponiyada da məşhurluq qazanır. 

Avstraliyanın aborigen əhalisi tərəfindən 1800-cü illərdə yaradılan Marn Gook oyununun özündən əvvəlki futbollardan fərqliliyi topun təpik ilə havaya qaldırılmasına icazə verilməsi idi. 

Futbolun tarixi ilə bağlı qəbul edilən ən məşhur hekayə isə XII əsrdə İngiltərədə yaradılmasıdır. Sözügedən oyunun müasir futboldan əsas fərqi daha kobud formada və olduqca çox adam ilə geniş ərazilərdə oynanılmasıdır. 

Mənbə: fotballhistory.org

Tərcümə etdi: Bənövşə Bağırova

Paylaş
Şərh əlavə et