Bu gün:

Səsin düzgün istifadəsi üçün hansı metodlar effektivdir?


24media.az-ın "1 sual, 1 cavab" rubrikasının budəfəki müsahibi vokalist Aysel Əlizadədir. Vokalist səsdən düzgün istifadə metodları haqqında danışıb.


-Sizcə, səsin düzgün istifadəsi üçün hansı metodlar effektivdir?    
                



İlk olaraq, diksiyaya fikir vermək lazımdır. Daha  sonra nəfəs üzərində iş aparmaq lazımdır. Hər səsi olan şəxsə də oxuyan demək olmaz. İstedad Allah vergisidir. Əgər istedad, səs varsa, həmin insana təkan verib, irəli aparmaq olar. Səsin düzgün istifadə edilməsi oxu zamanı çox önəmlidir. Bu da dediyim kimi ilk növbədə, nəfəs, diksiya ilə birbaşa əlaqəlidir.

Əvvəlcə, oxuma texnikasını, düzgün oxu yollarını, nəfəslə düzgün işləməyi mənimsəmək çox önəmlidir.    


Aynur Mikayılova

Paylaş
Şərh əlavə et