Bu gün:

Televizora baxmaq faydalıdır?


Yəqin düşünmüsünüz ki, parka getmək, piyada gəzməkdənsə, ekranlar qarşısında saatlarla vaxt keçirmək heç də sağlam seçim deyil. Əgər sizə desək ki, gecə gec saatlarda Netflix və ya Televizora baxmağınızın bir neçə faydası var bəs onda necə?


Bəli, bu doğrudur! Psixologiyaya görə, uzun saatlar Televizora və filmlərə baxmaq sizin üçün faydalı ola bilər. Sizi intizarda saxlamayaq. Televizor stressdən azad olmağa kömək edir. Son araşdırmalar göstərdi ki, televizora çox baxmağın bir nömrəli səbəbi stressdir.

Uzun-uzadı ekranı izləmək iş və məsuliyyətlərlə dolu bir dünyada daimi gərginliyi aradan qaldırmaq üçün unikal vasitədir. Müəyyən müddətə reallıqdan qaçmaq üçün televiziya ağlabatan yoldur. Lakin çox televizor izləmək bizdə günahkarlıq hissi yaradır. 

Televizor izləmək əyləncəli fəaliyyətdir:

Hər hansısa bir işi və fəaliyyəti tamamladıqda beynimiz bunu uğur kimi qəbul edir və dopomin hormonu ifraz edir. Bundan başqa əgər biz gecə televizor izləyiriksə, bədənimiz ekranlardan çıxan parlaq işıqlar narahatlığı, xoşbəxtliyi və əhval-ruhiyyəmizi tənzimləyən serotonin səviyyəsini artırır.


Bundan başqa televizor empatiya hissini təşfiq edir. Film və seriallarda, televiziya şoularında gördüyümüz insanlar ilə özümüz arasında müəyyən oxşarlıqlar görürük. Bu onlar ilə müəyyən bağ qurmağımıza, ortaq his və həyəcanları yaşadığımız üçün həmin obrazları başa düşməyimizə kömək edir. Bu da bizim şəxsi inkşafımız üçün əhəmiyyətli amildir. 


Mənbə: okadoc.com 


Tərcümə etdi: Ləman Xəqani

Paylaş
Şərh əlavə et