Süd məhsullarından danışarkən, seçim meyarlarını aydın şəkildə göstərmək vacibdir. Bu zəruridir, çünki bu kateqoriyaya çoxlu sayda məhsul daxildir ki, onları diqqətlə araşdırdıqdan sonra tərkibindən süddən əsər-əlamət olmadığı məlum olur. Və əgər məsələyə düzgün qidalanma nöqteyi-nəzərindən baxsaq, o zaman deyilənlər doğrudur: “Qatıq“canlı” olmalıdır, yəni aktiv laktobakteriyaları ehtiva etməlidir.

Buradan belə nəticə çıxır ki, rəflərdə gördüyümüz məhsulların əksəriyyəti heç də həmişə təbii yoqurt deyil. Belə məhsulları biz meyvə və şəkər əlavə edilmiş süd əsaslı qidalar kimi təsnif edilə bilər.
Qatığın tarixi:
Dəqiq tarixi, hətta qatığı yaratmaq ideyasının yarandığı yeri müəyyən etmək mümkün deyil. Birincisi, bu məhsulun ortaya çıxması qaçılmaz bir hadisə idi. İkincisi, xarici amillər ona gətirib çıxardı ki, bir çox xalqlar ilk qatıq reseptlərini bir-birindən xəbərsiz hazırlayıblar. Məlum olan odur ki, insanlar qatığın orqanizm üçün faydalarını çoxdan bilirdilər.
Qatığın əhəmiyyətini qiymətləndirən ilk insanların köçərilər olduğu qəbul edilir. Skiflər südü şərab qablarında daşıyardılar, qatıqların olduğu qablar yük heyvanlarının kürəyinə yapışdırılır və çox böyük məsafələrə daşınılırdı.
Bu məhsulu dünya səviyyəsinə nəhəng müasir Danone korporasiyasının banisi İsaak Karasso çıxardıb. Mechnikovun işi yeni bir təkan aldı və saxta süd məhsulları apteklərin rəflərini tərk etdi. İndi o, mağazalarda satılır və nə qədər ki, qatıq dəyişikliyə məruz qalmamışdı onun tərkibində canlı faydalı mikroorqanizmlər var idi.
Mənbə:dzen.ru
Tərcümə etdi:Leyla Bayandurlu
