Bu gün:

Ürək ağrısı nədir?


Ürək ağrısı insanların təcili xidmətlərə müraciət etmələrinin ən ümumi səbəblərindən biri olan və tez-tez müxtəlif səbəblərdən yaranan sinə ağrısı ilə qarışdırıla bilən bir sağlamlıq problemidir. 


Sinə ağrısı bir çox insanları narahat edən bir vəziyyətdir, çünki bu, tez-tez ölümə səbəb olan infarktdan xəbər verir. 


Bədəndəki bir çox orqan xəstəlikləri sinə ağrısına səbəb ola bilər. Bu səbəblə bir çox insanları ürək ağrısını necə ayırd etməli və nə zaman ciddiyə alınmalı kimi sualların cavabını maraqlandırır. 


Səbəbindən və üslubundan asılı olmayaraq, sinə nahiyəsində hiss olunan hər hansı ağrı ciddi qəbul edilməli və gecikmədən həkimə müraciət edilməlidir.


Ürəklə əlaqəli olmayan səbəblərdən yaranan döş qəfəsindəki ağrıdan fərqli olaraq, sinə boşluğunda hiss edilən kəskin, kəsici ağrı və ya küt ağrı ürək ağrısıdır. Ağrının müddəti, intensivliyi və sahəsi insandan insana dəyişə bilər. 


Sinə ağrısı yaşayan insanlar əvvəlcə infarkt keçirdiklərini düşünə bilərlər. Ürəyin yerləşdiyi döş qəfəsi nahiyəsində hiss edilən ağrı infarktın ciddi əlaməti ola bilər və ya bəzi hallarda müxtəlif səbəblərə görə daha az ciddi sinə ağrısı ilə qarışdırıla bilər.


Eyni zamanda, bu ağrılar infarktdan başqa bir çox fərqli ürəklə əlaqəli səbəblərdən də yarana bilər. Xəstələrin bunu ayırd etməsi mümkün olmadığı üçün ürək nahiyəsində ağrı hiss olunarsa dərhal təcili yardıma müraciət edilməlidir.


Mənbə: medicalpark.com

Tərcümə etdi: Səmayə Qədirova

Paylaş
Şərh əlavə et