Bu gün:

Bişməmiş makaron yeyə bilərsinizmi?



Düzgün saxlandıqda və işləndikdə bişməmiş makaronda kiçik bir bakteriya təhlükəsi var. Bununla belə, makaron bişirmək nişastanı parçalayaraq, onun həzmini asanlaşdırır.

Bişməmiş makaron ilə ümumi təhlükə salmonella zəhərlənməsidir, çünki bir çox makaronlar, məsələn, yumurta əriştəsi xam yumurta ilə hazırlanır. Bakteriyalar su olmadan yaşaya bilməz. Qaynatma zərərli bakteriyaların məhv edilməsini təmin etmək üçün bir yoldur. Qurudulmuş makaronu təzə və təhlükəsiz saxlamaq üçün düzgün saxlama çox vacibdir. Kilerdə hava keçirməyən qablarda, nəmdən, rütubətdən və həddindən artıq temperaturdan uzaq saxlayın. Optimal şəraitdə qurudulmuş makaron illərlə, hətta "satış tarixi"ndən bir və ya iki il sonra da yaxşı qalır. Çiy makaron yeyərkən nəzərə alınmalı olan digər amil isə tərkibindəki nişastadır. Nişastanın bişirilməsi onları daha həzmli edir, buna görə də çoxlu bişməmiş makaron yemək həzm sisteminə zərər verə bilər. Bununla belə, çox bişmiş makaronun da zərərli olduğuna və qan şəkərini artıra biləcəyinə dair sübutlar var. 

Mənbə: 411 answers

Tərcümə etdi: Zəhra Niftiyeva


Paylaş
Şərh əlavə et