Alimlər araşdırma nəticəsinəd təəccüblü bir fakt ortaya qoyublar. Hansı qan qrupu daha çox yaşayır? Son illərdə aparılan bir çox araşdırmalar qan qruplarının ömür uzunluğuna təsir göstərə biləcəyini göstərir. Bu araşdırmaların ortaya qoyduğu faktlar müəyyən qan qruplarına sahib şəxslərin digərlərindən daha uzun ömür sürə biləcəyini göstərir.

İngiltərədəki Warwick Universitetinin molekulyar onkologiya professoru və virusoloqu Lawrence Young qan qrupları ilə bağlı bu araşdırmaya əsaslanaraq, qırmızı qan hüceyrələrimizdən kənarda tapılan və hansı qan qrupuna aid olduğumuzu təyin edən molekulların ölüm riskinə təsir etdiyini ortaya qoyub.
Qan qruplarına görə xəstəliyin dərəcələri
CVT adlanan qan qrupunu təyin edən genlər də beyində qan laxtalanması riski ilə əlaqədardır. 882 nəfər üzərində aparılan araşdırmaya görə, AB qan qrupu olan insanlarda CVT riski orta hesabla 5,6 dəfə yüksəkdir. O qan qrupu olan insanlarda risk yarıya qədər azalır. ABŞ- da aparılan bir araşdırmaya görə, AB qan qrupu olan insanların ürək xəstəliyindən əziyyət çəkmə ehtimalı yüzdə 23 daha çoxdur. B qan qrupu olan insanlar O qrupu olanlara nisbətən yüzdə 11 daha çox olur.
O qan qrupu xəstəliklərdən daha azaddır
Tədqiqat nəticələrinə əsasən, qan qrupu O olan insanlar havanın çirklənməsi kimi ətraf mühit amillərinə daha davamlıdırlar. Onların ürək xəstəliyi və infarkt riski də aşağıdır.
Mənbə: Artıgerçek
Tərcümə etdi: Fatimə Şükürova
