Seleucia Pieria (Samandağ) antik şəhərində yerləşən Tetis mozaikası eramızın 3-cü əsrinə aiddir. 1930-cu illərdə tapılan əsər hazırda Hatay Arxeologiya Muzeyində sərgilənir.

Mozaikanın mərkəzində tək yerləşən Tetis sol çiynində sükan, sağ əlində Ketos və saçının üstündən qalxan bir cüt qanadla yarı uzanmış vəziyyətdə təsvir edilib. Görünür, ilahə beldən aşağı bir himationla örtülmüş və sol qolunu amforaya söykənib. Üzü nazik və uzun, gözləri kiçik, dodaqları rəngsiz olan Tetisin sağında və solunda Eros fiqurları, ətrafında balıq təsvirləri var. Tetisin yanında Okeansız təsvir olunması onun yunan mifologiyasında dənizin təcəssümü olan Thalassa ilə eyniləşdirməyə başladığının göstəricisi hesab olunur.
Mənbə: Arkeofili
Tərcümə etdi: Fatimə Şükürova
