Bu gün:

Tunc dövrünə aid bu əsərlər dünyada görülməyən metaldan hazırlanıb


İspaniyada aşkar edilmiş göz qamaşdıran Tunc dövrü kolleksiyasındakı bəzi əsərlər adı məlum olunmayan metallardan hazırlanıb. Aparılan yeni analiz nəticəsində məlum olub ki, bəzi əsərlər meteorik dəmirdən hazırlanıb.

“Villena kolleksiyası” kimi tanınan və 1963-cü ildə arxeoloqlar tərəfindən aşkar edilən kolleksiya qızıl, gümüş, kəhrəba və dəmirdən diqqətlə hazırlanmış cəmi 59 şüşə, kasa və zərgərlikdən ibarətdir. Bununla belə, Alikante əyalətindəki karxanada kolleksiya aşkar edildikdən sonra tədqiqatçılar bəzi dəmir parçaları ilə bağlı bir neçə maraqlı detala diqqət yetirdilər. O zaman tədqiqatçılar əsərlərin tünd rəngli qurğuşun metaldan hazırlandığını açıqlamışdılar. İndi yeni araşdırmalar iki əsərdə istifadə edilən dəmirin təxminən 1 milyon il əvvəl Yerə düşən meteoritdən yarandığını ortaya çıxarıb. Yeni tədqiqat üçün tədqiqatçılar iki dəmir parçasını sınaqdan keçirdilər. C formalı qolbaq və bir vaxtlar qılıncın sapını bəzəyə bilən qızıl örtüklə örtülmüş içi boş kürə. Hər iki əşya eramızdan əvvəl 1400-1200-cü illər arasında istehsal edilmişdir. İspaniya Tarix İnstitutunun tədqiqatçısı və tədqiqatın baş müəllifi İqnasio Montero Ruiz deyib: “Qızıl və dəmir arasındakı əlaqə ona görə vacibdir ki, hər iki element böyük simvolik və sosial dəyərə malik idi”.  

Mənbə: Arkeofili

Tərcümə etdi: Fatimə Şükürova

Paylaş
Şərh əlavə et