Bu gün:

Kimin vitamin və mineral əlavələrinə ehtiyacı var?


Sağlam qidalanma qaydalarına əməl edən insanlar çox vaxt vitamin və minerallar üçün əlavələrə ehtiyac duymurlar, lakin bəzi hallarda bu vitamin və mineralları pəhrizdə kifayət qədər alına bilmir.


Hamiləlik dövrü:


Ana bətnində formalaşmağa başladığımızda fol turşusu dediyimiz vitaminə ehtiyacımız var. Əgər anamız bu vitamindən kifayət qədər qəbul etməzsə, hamiləlik zamanı onurğanın bifida adlı sinir quruluşu pozğunluğu ilə doğula bilərik. Bu səbəbdən hamiləlik hələ aydın deyilsə, ancaq ana olmağı planlaşdırırsınızsa, fol turşusunu qəbul etməyə ehtiyacınız ola bilər. Çünki hamilə olduğunuzu öyrənmək üçün lazım olan müddətdə körpəniz formalaşmağa başlayıb və fol turşusuna ehtiyacı var.


Ana südü ilə qidalanma dövrü:


Qeyd etmək lazımdır ki, bu dövrdə xüsusilə D vitamini baxımından əlavələrin düşünülməsi faydalıdır.


Uşaqlıq dövrü:


Altı aydan beş yaşa qədər olan uşaqlar bu mövzuda ən həssas qrupdur. Xüsusən də, bu müddət ərzində adekvat qidalanma təmin olunmazsa, bu yaş qrupunda olan uşaqlarda A, C və D vitaminləri çatışmazlığı ola bilər.


Yaşlı insanlar:


Yaşlandıqca yaxşı yediyinizi düşünsəniz belə, vitamin və minerallar baxımından geridə qala bilərsiniz. Məsələn, yaşlandıqca hər zaman evdə oturursunuzsa və çölə çıxmırsınızsa, xüsusilə, qış aylarında D vitamini qəbulunu düşünməkdə fayda var.


Pəhriz saxlayanlar:


Əgər çəkinizdən şikayət edirsinizsə və pəhrizə başlayırsınızsa və bunu heç bir peşəkar dəstək olmadan təkbaşına edirsinizsə, gündə 1600 kaloridən az qəbul etmiş ola bilərsiniz. Enerji çatışmazlığınızla yanaşı, unutmayın ki, qəbul etdiyiniz minerallar və vitaminlər də əskik ola bilər. Əgər iştahınız azdırsa və pəhriz saxlamadığınız halda daha az yeyirsinizsə, bədəninizdə bu vacib maddələrin çatışmazlığını qoyursunuz.


Kifayət qədər qidalanma:


Qidaya qarşı həssassınızsa və ya hər hansı bir allergiyaya görə qida çatışmazlığı riskiniz varsa, dəstək düşünmək faydalı olar. Məsələn, qlütenə qarşı allergiyaya görə taxılsız qidalanırsınızsa, bəzi vitaminləri qeyri-kafi qəbul edirsiniz və ya vegetariansınızsa, B12 vitamini ilə bağlı diqqətli olmalısınız.


Xroniki xəstəliklər:


Nəhayət, əgər xroniki xəstəliklə mübarizə aparırsınızsa, daha əvvəl mədə-bağırsaq əməliyyatı keçirmisinizsə və daim dərman qəbul edirsinizsə, dəstəkləyici müalicəyə ehtiyacınız ola bilər. Dərmanlarınızla həkimə müraciət etmək və hansı dəstəyin sizin üçün daha yaxşı olduğunu müzakirə etmək faydalı olardı.


Mənbə: 365gun


Tərcümə etdi: Sevil İsmayılova

Paylaş
Şərh əlavə et