Bu, əslində uşaqlığımızdan bəri tanış olduğumuz bir şeydir. Biz buna başqaları kimi “cizgi filmi” desək də, böyüdükcə onun əslində digər cizgi filmlərindən fərqli olduğunu anlayırıq. Bunların hamısı animedir.
Tarixi
Animenin tarixi 1900-cü illərin əvvəllərinə, bir çox yapon sənətçilərinin Qərb animasiyasından təsirləndiyi və Yaponiya üçün yerli məzmun yaratmağa qərar verdiyi vaxtlara gedib çıxır. O vaxtlar çox çətin idi, çünki materiallar çox baha idi. Üstəlik, Yaponiya təbii fəlakətlər və sonrakı müharibələr səbəbindən iqtisadi böhranlar yaşayırdı.
1940-cı illərdə Yaponiyada hökumət tərəfindən maliyyələşdirilən ilk cizgi filmi nümayiş olundu. Müharibə bitdikcə, illər keçdikcə manqa yapon xalqını qarşılaşdıqları vəziyyətlərdən yayındırmaq üçün məşhurlaşmağa başladı. Sonra anime izlədi.
Anime (アニメ) ¨animasiya¨ sözündən törəmə sözdür. Türkiyə kimi Qərb ölkələri bu sözü yalnız Yapon istehsalı olan animasiyalar üçün işlətsə də, yapon xalqı tərəfindən istehsal olunduğu ölkədən asılı olmayaraq bütün cizgi rəsmlərini təsvir etmək üçün istifadə edilir.
Müasir manqanın atası sayılan Osamu Tezuka 1963-cü ildə çəkilmiş Astro Boy (鉄腕アトム, Tetswuan Atomu) filminin uğuru ilə məşhurlaşdı .

Əlbəttə, 1960-cı illərdə “Astro Boy” adlı ilk müasir animasiyanı yaradan Osamu Tezukanın adını çəkmədən xatırlamaq olmaz. Yapon yazıçıları və prodüserləri bu nümunəni izlədilər və 80-ci illərə qədər bir çox yerli animeləri istehsal etdilər.
Yapon animesi bütün dünyaya yayıldı, anime nümunələri gündən-günə artdı.
Mənbə: japonyadahayat.com
Tərcümə etdi: Nəzri Süleymanova
