Bu gün:

Civə zəhərlənməsi nədir?


Civə zəhərli olduğu üçün  sağlamlıq problemlərinə səbəb olur. İnsanları ən çox maraqlandıran suallardan biri də budur: Civə ilə təmasda olmaq da təhlükəlidirmi? Cavabı ən sadə şəkildə verək: Xeyr. Əlinizlə civəyə toxuna bilərsiniz.


Civə dərimiz tərəfindən sovrulmadığı üçün heç bir pis təsirə məruz qalmadığına dəriyə toxunmasının heç bir zərəri yoxdur. Civənin su ilə tam süd arasında özlülüyü var, lakin daha yüksək sıxlığa malikdir. Sudan 13 dəfə sıx olduğu üçün ovuc içindəki bir neçə damcı civə təəccüblü dərəcədə ağır olacaqdır.


Təbii ki, onun dəri tərəfindən udulmaması civədən ehtiyatsız istifadə oluna biləcəyi demək deyil. Dərinizdə hər hansı bir kəsik, yara varsa və civə qanınıza daxil olarsa, bu, son dərəcə təhlükəlidir. Başqa bir narahatlıq kiçik damcıların ayrılaraq buxara çevrilməsidir. Dəri civə buxarını udmaq qabiliyyətinə malikdir, lakin civənin bədənimizə daxil olub orada toplanmasının ən asan yolu inhalyasiyadır.


Civə zəhərlənməsi necə baş verir?


Civə ilə zəhərlənmə adətən metalın duzlar və ya üzvi birləşmələr vasitəsilə yığılmasının nəticəsidir. Qəbul etdiyimiz civənin çoxu qida zəncirində daha yüksək pillələrdə olan balıq yeməkdən əldə edilir ki, bu da kiçik balıqları yeyərək civə birləşmələrini toplayır. Yenə də araşdırmalar göstərir ki, civə yığılma riskinə baxmayaraq, balıq yemək, ümumiyyətlə, faydalıdır.


Civə ilə zəhərlənmə nadirdir, lakin daha çox mədən icmalarında, eləcə də balıq pəhrizinə çox güvənən insanlarda baş verir.


Civə və onun birləşmələri mərkəzi və periferik sinir sistemi, həmçinin böyrəklərə təsir göstərir. Böyrək çatışmazlığı, titrəmə, yuxusuzluq, yaddaş itkisi, sinir-əzələ təsirləri, baş ağrıları, koqnitiv və motor disfunksiyaya səbəb ola bilər. Civə zəhərlənməsi də intellektin azalması ilə əlaqələndirilib. Zəhərlənmənin simptomlarına əzələ zəifliyi, zəif koordinasiya, həmçinin əl və ayaqlarda uyuşma daxildir.


Bir sözlə, civəni təhlükəsiz şəkildə əlinizdə saxlaya bilərsiniz. Amma bir çox faktorlara görə bu, tövsiyə olunmur.


Mənbə: Chip


Tərcümə etdi: Sevil İsmayılova









Paylaş
Şərh əlavə et