Bu gün:

İncəsənət nədir?


İncəsənət sözünü eşidərkən bəzilərimiz muzeylər və ya çərçivəli rəsmlər düşünür. Bu kontekstdə bəziləri düşünür ki, mən əslində böyük sənət pərəstişkarı deyiləm. Mən sadəcə başa düşmürəm. Yaxud da sənəti məhz ziyalılar və ya sənətkarlar üçün nəzərdə tutulan bir anlayış hesab edirlər.

Amma həqiqətən də, sənət onu yaşamaq istəyən hər kəs üçündür və çox vaxt bizim təsəvvür etdiyimizdən daha çox yerlərdə olur. Bəyəndiyiniz mahnılar, baxdığınız filmlər, şeirlər, teatr, hətta nənənizin tikdiyi yorğan- bütün bunlar və daha çoxu sənətdir. Beləliklə, siz maraqlana bilərsiniz: Yaxşı, onda sənət tam olaraq nədir? İncəsənət min illərdir mövcuddur və əsrlər boyu bir sıra yollarla inkişaf etmişdir. Onu yaratmağın səbəbləri hər hansı bir faktordan asılı olaraq insandan insana dəyişir, buna görə də sənəti müəyyən etmək olduqca çətin və tarix boyu müzakirə edilən bir anlayışdır. Sadəcə olaraq xüsusi bir tərif yoxdur.


Çoxları inanır ki, sənət sizdə duyğuları oyandıran hər şeydir. Bu duyğular tamamilə tarixinizdən, hekayənizdən, əsasən kim olduğunuzu yaratmaq üçün bir araya gələn hər şeydən asılıdır. Bu səbəbdən üç fərqli insan eyni sənət əsərini yaşaya bilər və ona fərqli reaksiyalar verə bilər. Bir insan bunun indiyə qədər gördükləri ən gözəl şey olduğunu düşünə bilər, ikincisi buna nifrət edə bilər, üçüncüsü isə, ümumiyyətlə, heç nə hiss etməyə bilər və onların heç biri səhv etməz! Hər kəsin öz seçimləri və hissləri var. Sevdiyiniz mahnı haqqında hiss etdiyiniz duyğu başqasının sevimli heykəl haqqında hiss etdiyi kimi ola bilər və bu heykəli bəyənməsəniz də, o insanın ondan niyə bu qədər həzz aldığını düşünmək dəyərli ola bilər. Onlar və bəlkə də özünüz haqqında bir şey öyrənə bilərsiniz.


İncəsənət termini həqiqətən sadəcə bir etiketdir. İllər ərzində bir çox insanlar bunun nə olduğunu və nəyin olmadığını təsnif etməyə çalışdılar. Bu sizin şəxsi təcrübəniz və ondan anladığınız mənadır. Hər kəs sənətə fərqli baxış bucağından baxır və orada böyümək, öyrənmək potensialı var. Bu bizə hekayələr söyləmək, tarixi öyrənmək, anlamaq və hisslərimizi fərqli şəkildə ifadə etmək imkanı yaradır. 


Mənbə: edu.gcfglobal.org 

Tərcümə etdi: Ləman Xəqani

Paylaş
Şərh əlavə et