Bu gün:

Kişmişin sağlamlığımıza faydaları


Kişmiş təzə üzümləri günəşdə qurutmaqla əldə edilir. Üzüm gilələri günəş enerjisi ilə daha yüksək qida dəyərinə sahib və bəsləyici meyvəyə çevirir.

Kişmiş bütün yaş qrupları üçün faydalı qəlyanaltı və dadlı qida əlavəsidir. Bir porsiya kişmiş qəbul etməklə B6, C, D vitaminləri ilə yanaşı kalsium, maqnezium, dəmir, kalium, natrium mineralları və zülal əlavələri də bədənimizə daxil olur. Sarı, qəhvəyi və qara kişmiş növləri ürək və həzm problemlərini yüngülləşdirir, saç və dəri sağlamlığını qoruyur və immunitet sistemini gücləndirməyə kömək edir.

Üzümün tərkibindəki fitokimyəvi maddələr dərinin xarici faktorların təsiriylə yaşadığı çirklənməni azaldır. DNT zədələnməsinin qarşısını alır. Dərinin elastikliyini qoruyur və qocalma əlamətlərini azaldır. Anemiya kimi düzgün qidalanmama səbəbi ilə inkşaf edə bilən xəstəlik orqanizmdə dəmirin çatışmamasının göstəricisidir. Kişmişdən mütəmadi istifadə orqanizmin dəmir ehtiyacını təmin edə və anemiyanın qarşısını ala bilər. 


Mənbə:kisik ateş

Tərcümə etdi:Aynur Mikayılova

Paylaş
Şərh əlavə et