Bu gün:

Terapiyanın faydaları nələrdir?


Davamlı mənfi düşüncələr, narahat əhval-ruhiyyə, davranışları idarə etməkdə çətinlik və hətta ağrı və ya yorğunluq kimi fiziki hisslər müalicəyə ehtiyacınız olduğunu göstərən əlamətlər ola bilər. Bu halda mütəxəss köməyindən faydalanmaq yaxşı olar.


Terapiya ehtiyacı olan insanlara qarşı;

• Çətinliklər qarşısında özlərini daha güclü hiss etmələrinə kömək edir. 

• İnkişaflarına mane olan davranışları dəyişdirməyə kömək edir. 

• Onlara özləri haqqında mənfi düşüncələrini aşmağa kömək edir. 

• Keçmiş ağrıları aradan qaldırmağa kömək edir. 

• Kommunikasiya qurma bacarıqlarını təkmilləşdirməyə kömək edir.

• Gələcək üçün hədəflərini müəyyən etməyə kömək edir. 

• Özlərinə inamlarını artırır. 

• Onlara psixi sağlamlıq problemlərinin əlamətlərinin öhdəsindən gəlməyə kömək edir. 

• Qorxu, qəzəb və yas kimi güclü emosiyaların öhdəsindən gəlmək bacarığı qazandırır. 

• Problem həll etmə bacarıqlarını təkmilləşdirməyə kömək edir. 

Mütəxəssis psixoterapevt və ya psixoloji məsləhətçi ilə danışmaq və dəstək almaq özünüzü kəşf etməyə, emosional vəziyyətinizi anlamağa və arzularınızı həyata keçirməyə kömək edəcək. 


Həyatdakı məqsəd və istəklərinizi müəyyən edərək aydınlaşdıra və həyat keyfiyyətinizi artıra bilərsiniz. 


Mənbə:npistanbul

Tərcümə etdi:Nailə Hadizadə

Paylaş
Şərh əlavə et