Bu gün:

David Friedrich-"Duman dənizi üzərindəki gəzgin"


"İncəsənətin inciləri" rubrikası hər kəsi özünə valeh buraxan "Duman dənizi üzərindəki gəzgin" rəsm əsəri ilə davam edir..

"Duman dənizi üzərindəki gəzgin” rəsm əsəri Casper David Friedrichin şah əsərlərindən biri sayılır. ("Der Wanderer über dem Nebelmeer" 1818).

Rəssam tək insanı yüksəklikdən qarşısındakı ehtişamlı mənzərəyə baxan vəziyyətdə rəsmin mərkəzində çəkib. Tünd-yaşıl plaş geyinmiş bu şəxsin açıq başında qırmızı saçları küləyə təslim olub. Yalqız dolaşan bu səyyah qarşıdan düşən işığın əksinə- arxası bizə tərəf dayanıb və qayalıq bir yüksəklikdədir. Əlindəki çomağı yerə dayayaraq qarşısındakı mənzərəni izləyib hansı emosiyaları yaşadığını görə bilməsək də, rəssam bu hissləri qəsdən izləyicinin öhdəsinə buraxır. Sanki həmən yalqız səyyah ayrılıqda və fərdi olaraq biz hər birimizik. Beləcə, rəsm izləyicisini öz içərisinə alır və qarşısındakı mənzərədən ona xüsusi emosiyalar yaşadır. Bəzilərinə görə, bu şəxs sadəcə rəssamın özü və ya bir dostudur.

Horizontal çəkilmiş uzaqlıqdakı təpələr sanki bu şəxsin baxışları qarşısında birləşir. Uzaqlıqda aşağıdan yüksələn qayalıqlar, daha uzaqlarda isə səyyahdan hündürdə görünən dağlar, ağaclar, aşağıdakı duman dənizi və yuxarıdakı buludlarla birgə rəssam bu insanı da təbiətin bir parçası edib.

Rəsm əsəri “Romantik” dövrünə aiddir. Bu dövr XVIII əsrin sonlarında Almaniyada başlayan və incəsənətin bir çiçəklənmə dövrü olaraq bilinir.

Əsərin mərkəzində yüksəklikdən qarşıdakı mənzərəyə bu şəkildə baxan yalqız şəxs müasir dövrdə belə bir çox yerlərdə- filmlərin, fotoqraf albomlarının üz qabıqlarında və s. yerlərdə hələ də ikona və poza kimi istifadə olunur.

95x75 cm ölçülərindəki rəsm əsəri hazırda Almaniyada, Hamburg şəhərində “Hamburger Kunsthalle” muzeyində saxlanılır.

Hazırladı: Gülay Qəribova

Mənbə: https://www.theartnewspaper.com/2024/01/03/caspar-david-friedrich-his-rise-from-obscurity-to-fame

Paylaş
Şərh əlavə et