Bu gün:

Leonardo Da Vinci-Mona Liza


"İncəsənətin inciləri" rubrikası dünyaca məşhur "Mona Liza" əsəri ilə davam edir..

Mona Liza – Dünya rəsm tarixinin, yəqin ki, ən məşhur sənət əsəri sayılır.

Dahi Leonardo da Vinci bu şah əsərini hələ Florensiyada yaşayarkən 1503 və 1519-cu illər arasındakı hansısa bir dövrdə bir neçə il üzərində işləyərək ərsəyə gətirmişdir.

Portretdəki Mona Liza adlı qadın öz sirli gülümsəməsi və kim olduğu bugünədək hələ də dəqiq bilinməməsi ilə tarix boyu insanların və incəsənət adamlarının maraq hədəfində olub. Portretin 3\4-lük baxışı, yəni əsasən öz izləyicilərinə tərəf baxması, o dövrədək olan bütün italiyan portretlərindəki insan üzünün yan profildən çəkilmiş standard formasından fərqli idi və sonrakı dövrlərdəki portet üslubları üçün tam bir ilham qaynağı oldu.

Mona Lizanın kimliyi ilə bağlı bir neçə fərziyyə mövcuddur: Portretdəki kimliyin Florensiyalı tacir Francesco del Giocondo'nun xanımı olan Lisa del Giocondo olması çox mümkün bir variant kimi görünür. İtaliyanlar buna görə portetə alternativ ad kimi "La Gioconda" deyirlər. İkinci qrup müşahidəçilər portetdəki qadının Leonadonun öz anası Caterina olduğunu hesab edir. Üçüncü maraqlı fərziyyə isə portretin Leonardonun öz-porteti olması ehtimalıdır, çünki bəziləri Mona Lizanın üz cizgilərinin Leonardo ilə oxşarlığını əsas gətirirlər və belə hesab edirlər ki, öz portetinin qadın versiyası rəssamın bir tapmacasıdır.

Tarix ərzində bir neçə dəfə oğurlanan, vandalizmə məruz qalan və bir neçə ölkəyə "səfər edən" Mona Liza porteti hazırda Fransanın paytaxtı Parisdə, "Louvre" muzeyində saxlanılır.

Hazırladı: Gülay Qəribova

Mənbə: 

https://www.artble.com/artists/leonardo_da_vinci/paintings/mona_lisa

https://ivypanda.com/essays/mona-lisas-elements-and-principles-of-art/

Paylaş
Şərh əlavə et