Bu gün:

Qrant Vud-Amerikan Gotik


24media.az "İncəsənətin inciləri" rubrikasına Qrant Vudun bir çox seriala mövzu olmuş "Amerikan Gotik" əsəri ilə davam edir.
Çikaqo İncəsənət İnstitutu kolleksiyasının sevimli əsəri olan American Gothic 1930-cu ildə Qrant Vud (1891-1942) tərəfindən çəkilmişdir. Qrant Vud Amerikanın Orta Qərb kəndlərində gündəlik həyat təsvirləri ilə məşhur olan Amerika rəssamıdır. Amerikanın Ayova ştatında böyük bir şəhərdə doğulub boya-başa çatan Vud əsərə adını verən Eldon qəsəbəsindəki bir evin qotika üslublu pəncərəsinə diqqət çəkib. Onun yağlı boya ilə çəkdiyi rəsm əsəri dünyanın ən məşhur əsərlərindən birinə çevrilib. Təsvir edilən fiqurların fermer kimi yaşayan tipik Orta Qərb Amerika ailəsini təmsil etdiyi asanlıqla başa düşülür. Şəklin solunda olan qadın Vudun bacısı Nan Vud Qrem, sağdakı kişi isə Vudun diş həkimi Dr.Bayron Makkibidir. 

Lakin özündən çox yaşlı bir kişinin arvadı kimi düşünülməsini sevməyən Nan, Vuddan bu rəsmdə ər-arvad cütlüyünü deyil, ata-qız cütlüyünü təsvir etdiyini izah etməsini tələb edib. 

Əslində, Vud xanım Nellie Suddutha göndərdiyi məktubda bu vəziyyəti təsdiqləyərək, “Kişinin yanındakı həddindən artıq rəsmi adam onun yetkin qızıdır” demişdi. Hiss olunur ki, köhnəlmiş və solğun kombinezonunda çəngəlini bərk-bərk tutan adamın fermer kimliyi vurğulanır və bu vurğu vəhşi üçlü dişlərin paralelliyi, kişi köynəyi və evin çöl hissəsindəki naxışlarla gücləndirilir.

Eyni zamanda, kişinin üzündəki yorğun və küt ifadənin çətin əkinçilik həyatına, bərk-bərk bağlanmış çəngəlin isə ənənəvi kişilik qavrayışına işarə olduğu düşünülür.

Üstəlik, dəbdəbəli saçları, tünd paltarı və broşu ilə mühafizəkar görünüşə malik olan fermer qızı narahat görünür və bizdən uzaqlaşır. Fiqurlar arasındakı əlaqə və üz ifadələrinin qeyri-müəyyənliyi təsadüfi deyil, bilərəkdən yaradılıb. Parlaq və canlı rənglərinə baxmayaraq, rəsmə təcrid və yadlıq hissi nüfuz edir.

Nəticədə Vudun əsərlərinə xas olan tənhalıq hissi bu əsərdə də özünü büruzə verir. Müasir Amerika incəsənətinin simvolu olan American Gothic-in şüurunu artıran səbəb onun əvvəlcə zarafat kimi qəbul edilməsi idi. Əsərdəki fiqurlar Amerika Orta Qərb xalqının satirik təfsiri sayılırdı və rəsmin bir çox parodiyalarına səbəb oldu. Beləliklə, o, tez bir zamanda Amerika tarixinin ən məşhur rəsmlərindən birinə çevrildi və ölkənin populyar mədəniyyətində möhkəm oturdu.

Hazırladı: Gülay Qəribova

Mənbə: 

https://mozartcultures.com/amerikanin-en-populer-tablosu-amerikan-gotigi/

https://www.artic.edu/artworks/6565/american-gothic

https://christopherpjones.medium.com/great-paintings-explained-american-gothic-by-grant-wood-3f8a172b64df


Paylaş
Şərh əlavə et