Bu gün:

Tarixdə ilk film


Hamımız üçün gözəl bir asudə vaxt olan kino gündəlik həyatdan uzaqlaşmaq, yeni dünyalara açılmaq və özümüzə yeni dəyərlər qatmaq baxımından çox məhsuldar bir sənət növüdür. 

7-ci incəsənət olaraq qəbul etdiyimiz kino tarixinə nəzər saldıqda 124 il əvvələ gedib fransız Lümyer qardaşları ilə qarşılaşırıq. Bu iki qardaşın hekayəsi heyranlıqla izlədiyimiz filmlərin və blokbaster buraxılışlarının başındadır. Gəlin kino tarixində yayımlanan ilk filmə və bu filmin hekayəsinə nəzər salaq.

Tarixdə ilk film “Fabriki tərk edən işçilər” adlı sənədli film olub. Filmin ilk nümayişi 1895-ci il dekabrın 28-də Garden Cafe adlanan yerdə təxminən 30 nəfərin gözü qarşısında keçirilib. Bu sənədli film hər biri 3 dəqiqəlik 10 qısametrajlı filmdən ibarət idi. Bu qısametrajlı filmlər arasında ən çox diqqət çəkən isə “Vağzala girən qatar” adlı sənədli film olub. 

“Körpə səhər yeməyi” adlanan başqa bir film isə Auguste Lumire, onun həyat yoldaşı və körpəsinin kinematoqrafla çəkilmiş görüntülərindən ibarət idi.

Kino tarixində ilk ssenarili film 1902-ci ildə Georges Méliès tərəfindən çəkilib. Aya Səyahət adlı bu filmdə o, Aya səyahət etmək istəyən bir qrup insanın hekayəsindən bəhs edir.

Bu iki qardaş həmin gün etdikləri ixtira ilə 7-ci Sənətin başlanğıcını təmin etmiş və heyranlıqla izlədiyimiz filmlərin ortaya çıxmasına yol açıblar. 

Bilmirik ki, o vaxt belə böyük bir tədbirə başlayacaqlarını düşünürdülərmi, amma bu iki qardaşa gördükləri işlərə görə sonsuz təşəkkürümüzü bildirməliyik. Bəlkə də bu iki qardaş öz qısametrajlı filmlərini çəkib kafedə insanlara göstərməsəydilər, bu gün kino sənəti ilə tanış olmazdıq.

Mənbə: sanatsanat.com

Tərcümə etdi: Nəzri Süleymanova

Paylaş
Şərh əlavə et