Bu gün:

Zoğalın faydaları


Zoğal ilk dəfə Şimali Amerikada aşkar olunub. Həmişəyaşıl kollarda bitən zoğal ölkəmizdə də olduqca məşhurdur.


Zoğal meyvəsi asidik quruluşa malikdir. Bundan əlavə, sidik yollarında arzuolunmaz bakteriyalara müdaxilə edərək sidiyin təmizlənməsini təmin edir. Turş və xoş dadı sayəsində bir çox formada istifadə oluna bilir. Daha çox meyvə şirəsi və ya qurudulmuş meyvə şəklində istifadə edilir. Karbohidrat və liflə zəngin meyvə olan zoğalın tərkibində 90℅ su var. Tərkibində E, K, C vitaminləri və manqan kimi vitamin və minerallar da var.


Zoğal meyvəsinin sağlamlıq üçün bir çox faydası var. Mədə və qaraciyərlə bağlı problemlərin, həmçinin diabetik yaraların müalicəsində istifadə olunur. Zoğalın faydalarını aşağıdakı kimi sıralamaq olar:


1.Zoğal suyunun ən məşhur faydalarından biri onun sidik yolları infeksiyalarına qarşı effektivliyidir. 


2.Antibakterial faydaları olan zoğal, “Escherichia coli” bakteriyalarının sidik kisəsi və sidik yollarının səthinə yapışmasının və infeksiyaya səbəb olmasının qarşısını almaqda təsirlidir. 


3. Zoğalın tərkibindəki vitamin və minerallar ürək fəaliyyətini tənzimləyir. Bundan əlavə, ürək xəstəlikləri riskindən qorunmaqda təsirlidir. Qan təzyiqini aşağı salaraq “xolesterol”  tarazlığını qoruyur.


Mənbə:memorial.com


Tərcümə etdi:Səmayə Qədirova

Paylaş
Şərh əlavə et