Bu gün:

Göz altında qara dairələr niyə yaranır?


Göz altındakı qara dairələr genetik və ətraf mühit faktorları səbəbindən yaranır. Həmçinin həddindən artıq duz istifadəsi nəticəsində, stress, yorğunluq, yuxusuzluq, dəmir çatışmazlığı anemiyası, bəzi qaraciyər və böyrək xəstəlikləri  səbəbindən yarana bilər.


İnsan orqanizmi üçün əvəzolunmaz olan yuxunun nə qədər vacib olduğunu, şübhəsiz ki, hamımız bilirik. Məlum həqiqətdir ki, kifayət qədər yatmayan insanların orqanizmində zamanla müxtəlif xəstəliklər yaranır. Göz altındakı qara dairələr yuxusuz qalan insanların orqanizmində yaranan mənfi təsirlərdən biridir. Mütəxəssislər sağlam həyat üçün ən az 8 saat yatmağı tövsiyə edirlər.


Göz altındakı qara dairələrin əsas səbəblərindən biri balanssız qidalanmadır. İndiki vaxtda insanların çoxu gün ərzində yediyi qidanın sağlamlığına zərərli təsirini düşünmür. Bu vəziyyət gələcəkdə orqanizmdə müxtəlif xəstəliklərin yaranmasında təsirli olur. Sağlam həyat sürmək üçün yediyiniz qidalara diqqət yetirməyiniz tövsiyə olunur.


Göz altındakı qara dairələr, xüsusilə 40 yaşdan yuxarı insanlarda ən çox rast gəlinən xəstəliklərdən biridir.


Mənbə:fbm.com


Tərcümə etdi:Səmayə Qədirova

Paylaş
Şərh əlavə et