Bu gün:

Kərəvizin sağlamlığımıza təsiri



Kərəviz qışda ən çox istifadə edilən tərəvəzlərdən biridir. Kəskin qoxusuna görə istifadəsindən çəkinənlər olsa da, kərəvizin faydaları saysız-hesabsızdır.

Türk mətbəxində xüsusilə zeytun yağlı yeməklər ilə birlikdə istifadə olunan kərəviz vitamin və minerallarla zəngin bir tərəvəzdir. Avropada istifadə edilən ən qədim tərəvəzlərdən biridir.  ABŞ və Kanadada çox məşhur olmadığı halda, Polşa, Almaniya, Hollandiya və Fransada tez-tez istifadə olunur. Kərəviz kökü və sapı quruluşuna və dadına görə bir-birindən fərqlənir. Kərəviz kökü torpağın altında böyüyür.  Kərəviz sapı kərəvizin torpaqdan yuxarı qalan hissəsidir. 

Kərəviz sapı kökü qədər faydalıdır. Vitamin və mineralları ehtiva etdiyi üçün güclü antioksidant mənbəyidir. Tərkibindəki bol su sayəsində orqanizmi su ilə təmin edir. Kərəviz və kərəviz sapı bəzi insanlarda allergiyaya səbəb ola bilər. Polen allergiyası olan insanlar üçün çiy kərəvizdən istifadə təhlükəlidir. K vitamini mənbəyi olan kərəvizin həddindən artıq qəbulu qanı duru olan insanlar üçün zərərli ola bilər. 


Mənbə:aci badem

Tərcümə etdi:Aynur Mikayılova

Paylaş
Şərh əlavə et