Bu gün:

Molla Nəsrəddin kimdir?


Türk yumor və komediya tarixində çox mühüm yeri olan Molla Nəsrəddinin həyatı və şəxsiyyəti ilə bağlı çoxlu maraqlı məlumatlar var. Molla Nəsrəddin kimdir? Molla Nəsrəddinin ən məşhur deyimləri hansılardır? Molla Nəsrəddin ilə bağlı sualların cavabları və ətraflı məlumatı burada təqdim edirik.

Molla Nəsrəddin türk mədəniyyətindəki yumoru ilə bir çox insanların həyatına və uşaqlıq illərinə fərqli səviyyədə təsir edən bir xarakterdir. Milyonlarla uşaq Molla Nəsrəddin xarakteri ilə böyümüşdür. Molla Nəsrəddin Anadolu Səlcuqluları dövründə Akşehir və Hortu ətrafında yaşamış əfsanəvi şəxsiyyətdir. O, müdrik bir insan kimi bilinən, ümumiyyətlə, tez cavab verən və yumor hissi ilə bir müdrik insan kimi təsvir edilən, hekayələri ilə tanınan bir şəxsdir. Molla Nəsrəddinin əslində yaşamış şəxs olub-olmaması ilə bağlı müxtəlif fikirlər var. Molla Nəsrəddin canlı insandırsa, onun normal həyatındakı şəxsiyyəti çox maraqlıdır. Molla Nəsrəddinin əslində yaşamış şəxs olduğunu sübut edən müxtəlif sənədlər var. Molla Nəsrəddin 1208-ci ildə Hortu kəndində anadan olmuşdur. Əsas təhsilini aldıqdan sonra Sivrihisarda mədrəsədə oxuyub. Atasının vəfatından sonra kəndinə qayıdıb orada imamlıq etməyə başlayıb. Bir müddət sonra Akşehirə köçüb. Burada dərviş olub, Yəsəvi, Rufai, Mövləviliyə mənsub olub. Akşehirdə mülki vəzifələrdə çalışıb və qısa müddət Akşehir ətrafındakı bölgələrdə olub. 1284-cü ildə Akşehirdə vəfat etmiş və türbədə dəfn edilmişdir. Molla Nəsrəddinin adından danışılan hekayələr ətrafında inkişaf edən əfsanəvi şəxsiyyəti yaşadığı əsrə yayılıb. Molla Nəsrəddin tanınmış şəxsiyyəti və hekayələri ilə yanaşı, onun zəkasının əskik olduğunu, axmaq bir insan olduğunu düşündürən əhvalatlar da var. Zamanla dildən-dilə yayılan bu əhvalatların heç də hamısı doğru deyil. 1480-ci ildə yazılmış və Molla Nəsrəddin yazılı mədəniyyətinin məlum ən qədim hekayəti olan "Saltuknamə" adlı bir əsər var. Bu əsərdə toplanmış lətifələr, mifoloji elementlər, xüsusiyyətlər, mesajlar bir çox ölkələrdə təhsil və təlimdə istifadə edilmişdir. Molla Nəsrəddin bir çox cümlələri ilə yadda qalıb.

Mənbə: Milliyet

Tərcümə etdi: Fatimə Şükürova

Paylaş
Şərh əlavə et