Bu gün:

Alyaskada neçə gün, neçə gecə var?



Alyaska böyük bir ştatdır və hər il görünən günlərin və gecələrin sayı enlikdən asılıdır. Ən şimaldakı Barrou yaşayış məntəqəsində Günəş qış gündönümündə batır və 67 gün ərzində çıxmır. Yay gündönümünə yaxın Günəş bunun əksini edir və 85 gün müddətində heç vaxt batmır. Beləliklə, Barrounun təxminən 298 gün və 280 gecəsi var.

Bununla belə, Barrounun ifrat nöqtəsi bütün 663,300 kvadrat kilometrlik dövlət üçün xarakterik deyil. Arktik dairənin şimalında, Alyaskanın hər bir şəhəri hər il gecə və gündüz ən azı 24 saatlıq bir dövr edir. Arktika dairəsinin cənubunda, hər bir şəhərdə qısa da olsa, 24 saatlıq dövrədə gündüzlər və gecələr olur. Alyaska eninə istiqamətli olduğu üçün il boyu yerin əyilməsi dəyişdikcə gecələr və gündüzlər uzanır, qısalır.

Mənbə: 411 answers.com

Tərcümə etdi: Zəhra Niftiyeva


Paylaş
Şərh əlavə et