Bu gün:

Çərəzlərin sağlamlığımıza faydaları


Sağlamlığımız üçün faydalı olan qidalardan istifadə etmək həyat keyfiyyətimizi yüksəldir. Xüsusilə, geni modifikasiya olunmuş məhsulların həyatımıza daxil olduğu bir vaxtda düzgün qida seçmək çox vacibdir.


Püstə:
•Xolesterol səviyyəsini yaxşılaşdırır.
•Qan şəkərinə nəzarət edir.
•Həzmi asanlaşdırır.
•Toxluq hissini artırır.

Fındıq:
•Yaşlanma prosesini ləngidir.
•Ürək sağlamlığını dəstəkləyir.
•Xərçəng riskini azaldır.
•Sümükləri gücləndirir.

Badam:
•Xolesterolu balanslaşdırır.
•Qan şəkərini tənzimləyir.
•Sümükləri gücləndirir.
•Qan təzyiqini tarazlaşdırır.

Keş qozu:
•Sümükləri gücləndirir.
•Şəkərli diabetin inkişafının qarşısını alır.
•Tərkibindəki sink sayəsində qripə qarşı təsirlidir.
•Ürək ritmini tənzimləyir.

Qoz:
•Depressiyaya qarşı təsirlidir.
•Bağırsaq sağlamlığını dəstəkləyir.
•Yaddaşı gücləndirir.
•Ürək sağlamlığını qoruyur. 

Bununla belə, qoz-fındıq kimi məhsulların enerji dəyəri yüksək olduğu üçün həddindən artıq istifadə etmək olmaz. Allergiya riski olan insanlar isə xüsusilə diqqətli olmalıdırlar.


Mənbə:npistanbul

Tərcümə etdi:Nailə Hadizadə

Paylaş
Şərh əlavə et