Bu gün:

Dünyanın ən qədim mahnısı olan 'A Hurrian Hymn'in 3406 yaşı var!


Dünyanın ən qədim mahnısı olan 'A Hurrian Hymn'in 3406 yaşı var!

Dünyada bilinən ən qədim mahnı olan "Hurrian Hymn" ədəbiyyatda bilindiyi kimi, 1950-ci illərin əvvəllərində Suriyanın şimalındakı Uqarit şəhərində tapılan eramızdan əvvəl 14-cü əsrə aid gil lövhələrdən yaranmışdır. Kaliforniya Universitetinin assurologiya professoru Anne Draffkorn Kilmer mahnının təfsiri üzərində 15 il işləmiş və 1972-ci ildə prodüseri olmuşdur.

Uqarit xarabalıqlarından tapılan gil lövhələr arxeologiyada böyük əhəmiyyət kəsb edir. Zəlzələ nəticəsində dağılan Uqarit eramızdan əvvəl Suriyanın Ras Şamra bölgəsində yerləşirdi və dövrün ən mühüm ticarət mərkəzlərindən biri idi.

 Anne Draffkorn Kilmer, Kaliforniya Universitetinin professoru, BC və Berkli Antropologiya Muzeyinin kuratoru idi. O, 15 il ərzində 14-cü əsrə aid lövhələri deşifrə etməyə çalışıb.

 36 mixi lövhə aşkar edildikdən sonra ədəbiyyatda “Hürri himni” adı ilə qeyd edilmişdir. Assurologiya professoru Kilmerin sözlərinə görə, kitabələrdəki melodiyanın 3400 yaşı var.

 Məbəddə tapılan himn Uqarit ilahəsi Nikkal üçün bəstələnmişdir. Lövhələrdə həm də arfada ilahilərin necə ifa edilməsinə dair izahatlar var. Arxeoloqların qiymətsiz adlandırdıqları bütün musiqi lövhələri bu gün Milli Dəməşq Muzeyində sərgilənir.

 Uqaritdə aşkar edilmiş 36 musiqi yazısından yalnız biri (Himn 6) bu gün səsləndiriləcək qədər qorunub saxlanılmışdır.

Mənbə : vizyonergenc. com

Tərcümə etdi : Aysel Aslanova

Paylaş
Şərh əlavə et