Bu gün:

Enerji içkiləri beynimizə necə təsir edir?


Baxmayaraq ki, enerji içkiləri son zamanların “kəşfidir”, onların tərkib maddələri uzun əsrlərdir ayrı-ayrılıqda gümrahlaşdırıcı qismində istifadə edilir. Energetiklərin istehsalı və satışa buraxılması sessiya zamanı tələbələrə, gecə-gündüz işləyən zəhmətkeşlərə, işləməyə məcbur olan insanlara bir hədiyyə kimi qiymətləndirmək olar.

Bu içkilər zərərsiz görünə bilsə də, bəzi şirkətlər enerji içkilərini hər cür təbii maddələrlə sağlam məhsullar olaraq satırlar. Ancaq bütün bunlara baxmayaraq, enerji içkilərinin sağlamlığa müsbət təsirləri olduğuna dair də bir dəlil yoxdur. Onu qeyd etmək lazımdır ki, burada enerjinin artırılması ilə əlaqədar bəzi əhəmiyyətli risklər və mümkün mənfi təsirlər də mövcuddur. Bu zaman belə bir sual yaranır: əgər hər şey belə “sağlam” və düzgündürsə, nəyə görə bəzi ölkələrin qanunvericiliyi bu içkilərin geniş istifadəsini və bazarda yayılmasını məhdudlaşdırır?

Enerji içkiləri insan bədəninin bütün orqanlarına zərərlidir. Bu zərər beyinə də öz fəsadını göstərməkdədir.

Bu fəsadlar hansılardır?

Enerji içkiləri bir çox xəstəlik və sağlamlıq problemləri ilə əlaqəlidir. Bunun əsas səbəbi isə içkilərin tərkibindəki maddələrdir. Ümumdünya Səhiyyə Təşkilatı apardığı araşdırmalar nəticəsində elan etdi ki, yüksək miqdarda enerji içkisinin istifadə edilməsi insan sağlamlığı üçün təhlükə yarada bilər. Xüsusilə, enerji içkilərinin uşaqlar üçün uyğun olmaya biləcəyi ilə bağlı izahatlar və xəbərdarlıqlar olsa belə, günün acı reallıqlardan biri də enerji içkilərini ən çox qəbul edənlərin də məhz uşaqların olmasıdır.

Enerji içkilərinin tərkib hissələrindən olan kofeinin həddindən artıq qəbulu ürək döyüntüsü, piylənmə, ürək bulanması, yuxusuzluq, əsəbilik, qusma, yüksək qan təzyiqi, qıcolmalar, zehni sağlamlığın pozulması, nevroloji, metabolik və hətta bəzi hallarda ölüm kimi bir sıra simptomlara səbəb olur. Kafein sinir sisteminizə təsir göstərir və beyniniz sizi sakitləşdirən və ya yuxu gətirən kimyəvi maddələri götürməsini dayandırır. Bu diqqətinizi yaxşılaşdırmaq, oyaq və ayıq qalmağınız üçün təsirli bir mexanizm ola bilər.  Bu, insanlar arasında “bəhanə” edib, enerji içkilərini istəmələrinin səbəblərindən biridir.

Enerji içkilərini sağlamlığımız üçün riskləri aşağıdakılardır:

1. Kafein intoksikasiyası;

2. Baş ağrısı da daxil olmaqla kofeinin çəkilmə simptomları;

3. Ürək-damar problemləri;

4. Qan təzyiqinin yüksəlməsi;

5. Piylənmə;

6. Yuxu pozğunluqları;

7. Kalsium çatışmazlığı;

8. Xüsusilə, diabetli insanlar üçün yeməkdən sonra artan hiperqlikemiya. 

Mənbə: medicalpark.com

Tərcümə etdi: Aytac Musayeva 

Paylaş
Şərh əlavə et