Bu gün:

Yuxu pozğunluğu



Yuxusuzluq insanların yuxuya getməsini çətinləşdirən və qarşısını alan, anidən yuxunun yarıda kəsilməsinə, səhərlər həmişəkindən çox tez və qayğılı oyanmağlarına, yuxuya getdikləri zaman yenidən yuxuya gedə bilməmələrinə səbəb olan ümumi bir yuxu pozuqluğudur. Yuxusuzluğun başqa adı insomniadır. 


Yuxusuzluq fərdlərin yorğun oyanmasına, gün ərzində enerji çatışmazlığına, diqqəti cəmləməkdə çətinlik çəkməsinə və əhval-ruhiyyələrinə mənfi təsir göstərir. Nizamlı və kifayət qədər yuxu almayan insanlar daha bədbəxt, dalğın və pessimist olurlar və bu, onların həyat keyfiyyətinə mənfi təsir göstərir. Yuxusuzluq diqqətin dağılmasına və yaddaş problemlərinə səbəb olduğu üçün gündəlik həyatda problemlər yaradır.

Yuxusuzluq bir çox insanın zaman-zaman yaşadığı bir problemdir. Bu problem günlərlə və ya həftələrlə davam edə bilər. Yuxusuzluq problemi bir ay və ya daha çox davam edərsə, həkimə müraciət edilməlidir.

Sağlam və adekvat yuxunun tərifi insandan insana dəyişir, lakin böyüklər kifayət qədər yuxu almaq üçün 6-8 saat yuxuya getməlidirlər. Uşaqlarda və yaşlılarda bu vaxt intervalı artır və ya azalır. Yuxusuzluq çox yaygın bir problemdir. Yetkinlərin 50℅-də görülən bu problem xroniki yuxusuzluğu olan hər 10 nəfərdən 1-də görülür. Bundan əlavə, yuxusuzluq qadınlarda kişilərə nisbətən 2 dəfə daha çox rast gəlinir.


Mənbə: cemkaya.net 

Tərcümə etdi: Sudana Əsədova

Paylaş
Şərh əlavə et