Bu gün:

Çoxfazalı yuxu rejimi


Yuxunun həyatımızdakı əhəmiyyətindən uzun uzadı danışamğa ehtiyac yoxdur. Yuxusuzluq həddindən artıq yemək yeməyə, diqqət dağınıqlığına, öyrənmə qabiliyyətinin itirilməsinə və hətta beynin tam dayanmasına səbəb olur.
Bir çoxumuz tək fazalı yuxu rejiminə vərdiş etmişik. Demıli, gecə 8 saata yaxın yatıb, digər bütün fəaliyyətlərimizi gün içində kəsintisiz icra edirik.
Polifazalı yuxu rejimi bütün gecəni yox, gün ərzində fasilələr ilə yatmağı üstün tutan yuxu formasıdır. Yəni, gün ərzində 20-25 dəqiqəlik qısa fasilələr ilə yataraq ümumi yuxu müddətini 2-5 saata endirməyi hədəfləyən yuxu modelidir.

Bəs hansı daha yaxşıdır: monofazalı, yoxsa polifazalı yuxu?

Polifazalı yuxu; Leonardo da Vinçi və Nikola Tesla kimi dahilərin bu yuxu rejimini tətbiq etdiyi iddia edildiyi üçün belə yatmaq Da Vinçi yuxusu da adlanır.

Sənaye İnqilabından əvvəl yaranan bu yuxu üsulu o zaman insanların çoxu tərəfindən mənimsənilmişdi. Polifazalı yuxu gündəlik yuxu ehtiyacının 50%-dən çoxunun 20-25 dəqiqə arasında dəyişən qısa müddətlərdə yatmaqla təmin oluna biləcəyini söyləyir, lakin polifazalı yuxunun daha effektiv olduğu hələ sübut olunmayıb.

Ancaq araşdırmalar göstərir ki, bu şəkildə yatan insanlar normal yatan insanlardan daha yüksək konsentrasiya qabiliyyətinə malikdirlər.
Polifazalı yuxu tərəfdarları iddia edir ki, fasilələr ilə yatmaq beynimizin oyaq qalmasını və beləcə daha aktiv həyat tərzi sərgiləməyimizi təmin edir.

Mənbə: digital.com

Tərcümə etdi: Bənövşə Bağırova

Paylaş
Şərh əlavə et