Osmotik tarazlıq suda həll olunan maddələrin konsentrasiyasının yarımkeçirici membranın hər iki tərəfində eyni olduğunu göstərmək üçün istifadə edilən termindir. Su hələ də membrandan keçərkən, hər iki tərəfdə qazanc və ya itki yoxdur.
Osmoz suyun membranın hər tərəfində həll olunan maddələrin müxtəlif konsentrasiyaları səbəbindən su molekullarından daha böyük hissəciklərin keçməsinə imkan verməyən bir membrandan keçməsi prosesidir. Osmotik təzyiqin yaratdığı diffuziyadır. Su daha az məhlul konsentrasiyası olan tərəfdən daha yüksək məhlul konsentrasiyası olan tərəfə keçir. Bu hər iki tərəfdəki suyun miqdarından asılı olmayaraq həyata keçirilir və membranın bir tərəfində daha böyük həcmdə suyun olması ilə nəticələnə bilər.

Membranın hər iki tərəfindəki məhlullar osmotik tarazlığa çatdıqda onlar izotonik məhlullardır. Tarazlıq əldə olunana qədər məhlulun yüksək konsentrasiyası olan məhlul hipertonik, aşağı məhlulun konsentrasiyası olan məhlul isə hipotonik adlanır. Osmosun əsas prosesi niyə müxtəlif məhlulların və duzlu yeməklərin susuzluğa səbəb olmasıdır. Duz molekullarının yüksək konsentrasiyası bədənin hüceyrələrindən suyu çəkir.
Mənbə: 411answers.com
Tərcümə etdi: Aydan İbrahimli
