Bu gün:

14 Fevral Sevgililər Günü necə yaranıb?


Ölkəmizdə və dünyanın bir çox ölkələrində hər il sevgi və həyəcanla gözlənilən 14 fevral Sevgililər Günü 2024-cü ildə də bir-birini sevən cütlüklər arasında çərşənbə günü eyni həyəcanla qeyd olunacaq. Sevgi, həsrət və səbrin bir araya gəldiyi cütlükləri birləşdirən bu xüsusi hissi əsrlərdir ilin bir günündə qeyd edirik. Bəs, Sevgililər Gününün necə yarandığını heç düşünmüsünüzmü? Çoxlarının yalnız kommersiya məqsədli bir gün kimi tanıdığı bu özəl günün hekayəsi həm ağrılı, həm də müəmmalıdır.

Eramızın 3-cü əsrində Roma imperatoru II Klavdi ordusunu gücləndirmək və onu fəal saxlamaq üçün əsgərlərinə evlənməyi qadağan etdi. Bu dövrdə bir çox əsgərlər sevdiyi qadınları evdə qoyub müharibələrə qatılmalı oldu. Qadınlar ərlərini gözləyərkən, evlənmək arzusu ilə zamanın keçməsini gözləyərkən əsgərlikdə qalan kişilər də bu arzu ilə günlərini keçirir, müharibələri bitirib vətənə qayıtmaq istəyirdilər. Roma imperatoru II Klavdinin dövründə evlilik qadağası olduğu zaman Müqəddəs Valentin cütlükləri gizli şəkildə evləndirirdi. O, bu mərasimləri gizli saxlamaq üçün çox mübarizə aparırdı. Çünki bu dövrdə evlilik qadağan edilmişdi.

Bir-birini sevən cütlüklərin gizli nikah mərasimi ilə evlənməsi ilə geniş yayılan bu müəmmalı evlilik haqqında Roma imperatoru II Klavdi eşitmişdi. Öz qaydaları xaricində inkişaf edən bu vəziyyətə çox qəzəblənən Roma İmperatoru II Klavdi eramızın 270-ci il fevralın 14-də Müqəddəs Valentini xəyanətin əvəzi olaraq edam etdi. Rəvayətlərə görə, eramızın 270-ci ilindən sonra hər il Müqəddəs Valentini yad etmək və onun ruhunu yad etmək üçün fevralın 14-ü gəldikdə sevgililər bu günü müqəddəs Valentin üçün qeyd edirlər. Beləliklə, əvvəllər Müqəddəs Valentin Roma İmperatoru II Klavdinin dövründə kilsədə xidmət etmiş keşiş kimi tanınırdısa, uzun illərdən sonra Müqəddəs Valentin sevgi və məhəbbət simvolu kimi xatırlanır. Aşiqləri bir araya gətirən cəhəti ilə yaddaşlara həkk olunur.


Mənbə: Nefisyemektarifleri

Tərcümə etdi: Fatimə Şükürova

Paylaş
Şərh əlavə et