Sizin üçün artıq mövcud olmayan, lakin çox maraqlı olan Çin Mədəniyyətinin ritualını tərtib etdik, laotong nədir, kimə deyilir və bu mövzuda daha çox şey...

Qədim Çin mədəniyyətində maraqlı bir ənənənin adı olan “Laotong”u mədəniyyətimizdə “qan qardaşlığı” ilə ifadə etmək olar. Hər bir mədəniyyətin özünəməxsus elementləri var. Bəzən mədəniyyətlərin adət-ənənələrində oxşarlıqlar müşahidə oluna bilər. Xüsusilə, yaxın coğrafi ərazilərdə yaşayan insanların qarşılıqlı əlaqələri tarix boyu daha çox olmuşdur. Türk mədəniyyətində “qan qardaşlığı” kimi tanınan və çox yaxın dostluğun ifadəsi olan bu anlayışın oxşar anlayışına Çin mədəniyyətində də rast gəlmək mümkündür. Daha çox Çinin Hunan bölgəsində mövcud olan bu mədəniyyətdə eyni yaşda olan iki qızın dost olması ilə beşik çəntiyinə bənzər bir ritual həyata keçirilir. “Laotong” sözünün türkcə qarşılığı əslində “ayaq bağlama” kimi tərcümə oluna bilər.
Laotong kimə deyilir?
Xüsusilə, Çinin Hunan bölgəsində tətbiq olunan bir ənənə olan laotong ənənəsi digər adı ilə son dərəcə ağrılı bir ənənə olan "ayaq bağlama" qədim Çində də tətbiq edilmişdir. Bu ənənəyə görə, qızların ayaqları müəyyən yaşa çatdıqda, ayaqlarının daha qəşəng görünməsi üçün bağlanırdı. Qızların ayaqları bu bağlama nəticəsində ciddi şəkildə deformasiyaya uğramışdı. Bu gün demək olar ki, həyata keçirilməyən bu ənənə ilə qızlar başqa bir qızla “qan bacısı və ya əziz dost” kimi münasibət qura bilirlər. Bu, bir növ ömürlük dostluq və dostluq qurma ritualıdır.
Mənbə: Milliyet
Tərcümə etdi: Fatimə Şükürova
