Bu gün:

Dünyanın ən yaxşı dəmir meyvəsi!


Dünyanın ən yaxşı dəmir meyvəsi!

Bədəninizdə kifayət qədər dəmir ehtiyatı olmadığı zaman xəstəliklərə qarşı immunitetiniz aşağı düşəcək. Xüsusilə qadınların və uşaqların dəmirlə zəngin qidalardan istifadə etməsi lazımdır. Çünki anemiyaya daha çox uşaqlarda və qadınlarda rast gəlinir. Qanazlığın qarşısını almaq üçün meyvələr, göyərti və dəmirlə zəngin qidalar... 

Dəmir bədənin sağlam olması və əzələlərin güclənməsi üçün vacib mineraldır. Dəmirin ən mühüm funksiyalarından biri qan dəyərlərinə təsir etməsidir. Dəmir oksigenin bütün bədənə daşınmasına kömək edir. Oksigenlə zəngin, parlaq qırmızı qan sağlam qandır və vücudunuzun ehtiyac duyduğu oksigenə çıxışını təmin edir. Bu səbəbdən hamımız tərkibində dəmir olan qidalardan istifadə etməliyik. Bədənin beyindən dəri sağlamlığına qədər bütün metabolik sistemi dəmir olmadan inkişaf edə bilməz. 

 Tərkibi dəmir olan qidalar

 Gündəlik tövsiyə olunan dəmir qəbulunu qarşılamaq üçün müxtəlif qidalardan ləzzət ala bilərsiniz. Lakin həkiminiz dəmir səviyyənizin çox aşağı olduğunu deyirsə, dəmirlə zəngin qidaları kalsiumla birləşdirən yeməklərdən və ya lobya və paxlalılar kimi qidalardan qaçın.

1. Qırmızı ət

 Qırmızı ət zülal, selen və sinklə yanaşı, heme dəmirlə də zəngindir. Dəmirin miqdarı qırmızı ətin növündən asılıdır. Hər 100 qram ət üçün mal ətində təxminən 2,47 mq dəmir, quzu ətində isə 1,78 mq dəmir var.

2. İspanaq

 İspanaq ən yaxşı göyərti dəmir mənbəyidir. Bu yaşıl tərəvəz yaxşı C vitamini və kalium, eləcə də dəmir mənbəyidir.

3. Dəniz məhsulları

 Dəniz məhsulları da növündən asılı olaraq yaxşı dəmir mənbəyidir.

 4. Quru ərik

 Dəmirlə zəngin qidalara gəlincə, bəzən qurudulmuş meyvələr daha yaxşıdır. Məsələn, quru ərikdə təzə meyvələrdən demək olar ki, yeddi dəfə çox dəmir var. Quru ərikdə 2,66 mq dəmir var, eyni zamanda yaxşı lif, kalium və beta-karotin mənbəyidir.

5. Balqabaq toxumu

 Bu toxumlar əla dəmir mənbəyidir, 100 qram quru toxumda 8,52 mq dəmir ehtiva edir. Balqabaq toxumu yemək də bol miqdarda mis, manqan və sink təmin edir.


Mənbə : m. aksam. com. tr

Tərcümə etdi : Aysel Aslanova

Paylaş
Şərh əlavə et