Bu gün:

“Leyli və Məcnun” əfsanəsi…


Məcnun: O, qəbilə başçısının oğludur. Əsl adı “Qeys”dir. Dua və nəzir ilə doğulan Məcnun məktəbə gedərkən başqa bir tayfa başçısının qızı Leyliyə, Leyli də ona aşiq olur. Onların məktəbdə görüşü ilə başlayan bu hekayə getdikcə davam edir və bu iki gənc bir-birlərinə böyük sevgi ilə bağlanırlar. Bundan xəbər tutan Leylinin anası qızına əsəbləşir. Qızının üstünə çox ciddi və sərt qışqıran ana Leylini bir daha məktəbə göndərmir. Leylinin məktəb həyatı başa çatır və o, Məcnunu bir daha görməyəcəyinə görə kədərlənir. Məcnun Leylini daha məktəbdə görməməyə başlayır və bir neçə gündən sonra onun bir daha gəlməyəcəyini anlayır, dəli olur və səhraya düşür.


Məcnunun atası, tayfa başçısı oğlunun bu vəziyyətə düşməsinə çox üzülür və Leylidən onu bu vəziyyətdən xilas etməsini xahiş edir. Ancaq Leylini Məcnuna vermirlər. Daha sonra Leyli bu vəziyyətə dözməyib evdən qaçaraq Məcnunu tapmaq üçün çöllərə gedir. Lakin Məcnun Leyliyə olan sevgisini çöllərdə ceyran və quşlarla dostluq etməklə yaşayır və Leyliyə olan sevgisi indi ilahi eşqə çevrilir. Atası oğlunun xəstə olduğunu düşünüb oğlunu bu vəziyyətdən xilas etmək üçün onu Kəbəyə aparır. Bütün duaların qəbul olunduğu, insanın sanki yenidən doğulmuş kimi günahlarının bağışlandığı bu məkanda Məcnun sevgisinin daha da artması üçün Allaha dua edir. Allah Məcnunun duasını qəbul edir və Məcnunun ilahi məhəbbəti daha da artır. Məcnun içindəki bu ilahi eşqlə özünü çöllərə atır. Leyli isə bu vəziyyətə çox üzülür, həm də Məcnunun sevgisi ilə alışıb-yanır. Leylini bu sevgi dərdindən xilas etmək üçün ailəsi onu zəngin və nüfuzlu bir şəxsə ərə verir. Lakin mənəvi hisləri ilə Leyli bu insanı özündən uzaq tutmağı bacarır.


Məcnun səhralarda ilahi eşqdə itib-batarkən, Leylinin evləndiyi xəbərini eşidir. Dərhal Leyliyə məktub yazır, Leyli də bu məktuba cavab verir və vəziyyəti hərtərəfli izah edir. O, Məcnunu onun haqqında yanlış fikirlərə sahib olduğuna görə danlayır. Bir müddət sonra Məcnun böyük bir ah çəkir. Leylini sevən varlı və hörmətli adam ölür. Leyli ata evinə qayıdır və Məcnunu axtarmaq üçün yenidən səhralara getmək qərarına gəlir. Hər şeyi riskə atan Leyli yola düşür və yenə Məcnunu tapır, amma Məcnun indi ilahi eşqə qarışıb, dünyadan uzaqlaşıb. Məcnun Leylini tanımır. Leyli də bu vəziyyətdən xəbərdardır, indi Məcnunun ilahi eşqlə alışdığını bilir, amma onsuz yaşaya bilmir. Bu vəziyyətə görə daim, hər gecə, hər gün əziyyət çəkir. Sevgidən böyük əzab çəkən Leylinın bədəni tezliklə bu vəziyyətin öhdəsindən gələ bilmir və Leyli ağır xəstəliyə tutulur. Yatağa düşür. Xəstəliyin öhdəsindən gələ bilməyən Leyli qısa müddət sonra dünyasını dəyişir, Leylinin ölüm xəbərini alan Məcnun dərhal gedib Leylinin  məzarını tapır. Qəbrinin başında ağlayan və az qala viran qalan Məcnun Allaha yalvarır, cansız dünyaya ehtiyac olmadığını deyir və o da Leylinin məzarının üstündə ölür.


Bir müddət sonra Məcnunun dostu iki xoşbəxt cütlüyün cənnətdə qovuşduğunu görür və onların kim olduğunu soruşur. Cavabı belədir: “Bu cütlüklər Məcnun və sevgilisi Leyli eşq yoluna girənlərin dünya istəkləri ilə çirklənmədikləri üçün vəfalı, Allaha iman və ilahi eşq sahibi olduqları üçün burada görüşdülər. "Leyli və Məcnun" əfsanəsi əsrlər boyudur var. Demək olar ki, hər kəsin tanıdığı bu əfsanə məhbuba məhəbbətin ilahi eşqə çevrilməsi nəticəsində ortaya çıxan saf məhəbbətdir.


Mənbə: bilgiustam 

Tərcümə etdi: Sevil İsmayılova


Paylaş
Şərh əlavə et