Bu gün:

Claude Monet-Səyahət


24media.az "İncəsənətin inciləri" rubrikasına Claude Monetin "Səyahət" tablosu ilə davam edir.

Jan Monenin atası kimi də tanınan C. Monet fransız rəssamıdır. XVIII-XIX əsrlərdə yaşamış fransız rəssamı rəssamlıqda impressionizm cərəyanının qabaqcıllarından biri hesab olunur. Monenin qəbul etdiyi bu impressionizm cərəyanı rəssamlıq sənəti üçün böyük inqilab hesab edilir. Bu inqilabın ən gözəl və bənzərsiz nümunələrindən biri də “səyahət” tablosudur. 

On doqquzuncu əsr Avropa incəsənət tarixi dedikdə ağla gələn ilk rəssamlar arasında Fransız rəssamı Klod Mone ilə yanaşı, hollandiyalı Vinsent Villem Van Qoq da bunun ən məşhur nümayəndəsidir. Xüsusilə Klod Mone dünya incəsənətinə təqdim etdiyi ''Səyahət'' kimi bənzərsiz əsərləri ilə adından söz etdirdi. Bundan əlavə, fransız rəssam impressionizm kimi sənətdə başlatdığı hərəkatlarla rəsmin üzünü dəyişdi.

Rəssamın ana dili olan fransızcada "La Promenade" kimi tanınan "Səyahət" rəsm əsəri 1875-ci ildə çəkilib. Rəsmin yeganə məlum adı "la promenade", "gəzinti" və ya "səyahət"dir. Bu adlara əlavə olaraq, bu rəsm" Madam Monet, oğlu və günəş altında çətirli qadın" kimi adlarla da tanınır. Promenade Klod Monenin ən gözəl əsərlərindən biri hesab olunur. Bu gözəl tablonu 19-cu əsrin ən böyük əsərlərindən biri hesab edən tənqidçilər də var.

Promenade rəsmini sadə və qısa şəkildə Klod Monenin oğlu və həyat yoldaşını təsvir etdiyi rəsm əsəri kimi şərh etmək olar. Amma əsərin təfərrüatlarına, bədii ruhuna daxil olanda vəziyyət başqa cür olur. 

1875-ci ilin günəşli bir günündə Monet ailəsi gəzintiyə çıxdı. Birlikdə gəzərkən ata Klod, ana Camille və evin kiçik oğlu Jean bir müddət təpədə dayanıb nəfəs alırlar. Bu zaman ailənin atası həyat yoldaşından, övladından bir az yuxarıda olsun deyə uzaqlaşır, onlara baxır, gözləyir... 

Qarşısında gördüyü mənzərə ata üçün çox valehedici olur. Onun qarşısında sadəcə iki adi insan dayanmayıb. Onun yeganə həyat yoldaşı, öz oğlu, yamyaşıl təbiəti, dərin mavi səması və çox yaraşıqlı görünən yaşıl çətir... Klodun fikrincə, bütün bunların birləşməsi saatlarla baxmağa dəyər. O təpədə həyat yoldaşını və oğlunu çəkir ki, bu mənzərəni saatlarla yox, ömürlük izləsin..

Camille Monet yaşıl çətiri və saf ağ paltarı ilə dərin, mavi və aydın, buludlu səma altında... Onun düz yanında, papaqlı 5-6 yaşlı sevimli uşaq... Onun adı Jean... Sulu təpə altında torpağı əmələ gətirən yaşıl bitkilər... İmpressionizm cərəyanı ilə rəsm üslubunu mənimsəmiş bir insan üçün bundan yaxşı təəssürat imkanı ola bilərmi? 

Ölçüsü 100 x 81 olan bu əsər 2-3 ay kimi qısa müddət ərzində Türkiyə də daxil olmaqla bir çox ölkələrdə sərgilənib. Bu əsəri görmək bütün incəsənət düşkünlərinin ən böyük arzusudur.

Hazırladı: Gülay Qəribova

Paylaş
Şərh əlavə et