Bu gün:

Qədim Roma və qladiatorlar


Latın dilində gladius sözü qılınc mənasını verir və ondan məharətlə istifadə edənləri qladiator adlandırırdılar. Sözün tarixi etrusklara gedib çıxır və bəzi etrusk əşyalarının təsvirlərində qladiatorların qılıncla döyüşdüyü görünür.

Əslində, qladiator döyüşlərinin tarixi etruskların “ölülərin qanı müqabilində düşmənin qanını tökmək” adət-ənənəsindən, düşmən əsirlərinin döyüşdə itirdiklərinin şərəfinə keçirilən dəfn mərasimlərində döyüşdürülməsi ilə bağlıdır.

Oyunlar bir müddət Roma xalqının əyləncə anlayışının mərkəzində idi. Əvvəlcə qeyri-müntəzəm fasilələrlə yalnız dəfn mərasimlərini bəzəmək üçün nümayiş etdirilən bu şoular zaman keçdikcə artaraq ictimaiyyətin rəğbətini qazandı.

Hər bir qul qeyd-şərtsiz öz ağasının hakimiyyəti altında olduğundan, qul sahibləri istəsələr, onları qladiator kimi döyüşdürmək hüququna malik idilər.

Mənbə: Tarihli Sanat

Tərcümə etdi: Nəzri Süleymanova


Paylaş
Şərh əlavə et