Bu gün:

Meduza – Mifologiya dünyasının ilan saçlı qadını


Meduza ilə bağlı bir neçə fərqli əfsanə var. Bu əfsanələrdən bəziləri Meduzanın cəza nəticəsində çox gözəl bir qızdan ilan tüklü bir canlıya çevrilməsi, digəri isə Meduzanın digər iki qardaşı ilə birlikdə məxluq olaraq dünyaya gəlməsidir.

Kainatın qurulduğu dövrlərdə gözəlliyi ilə hamını qısqanan, eyni zamanda, bütün tanrıları ona aşiq edən bir qız yaşayıb. İlan saçlı qadın əslində elə gözəl qız idi ki, yer üzündə gözəlliyi ilə ona rəqib ola biləcək başqa qadın tapmaq mümkün deyildi.

Bu gözəl Meduza özünü Tanrılara həsr etmiş və iki bacısı ilə baş Tanrı Zevsin qızı, zəka ilahəsi Afinaya məxsus məbəddə yaşayırdı. Bu üç bacıdan, Meduzadan başqa, Phorkus və Ketonun qızları, digər ikisi ölməz idi.

Ağızdan-ağıza deyilən Meduzanın gözəlliyi Poseydonun da qulaqlarına çatıb. Afina qarşısında məğlubiyyətini həzm edə bilməyən Poseydon bir gün məbədə gəlir və Meduzanı orada görəndə ona aşiq olur. Zaman keçdikcə sevgisinə məftun olan Poseydon bir gün gizlicə məbədə gələrək onu zorla götürür, lakin tezliklə Afina baş verən hər şeydən xəbərdar olur.

Vəziyyəti özünü alçaldıcı görən Afina bu hadisə üçün Meduzaya qarşı qəzəbini və qısqanclığını bəhanə edib və onu cəzalandırıb. Gözəl üzünü eybəcər etdi, qızıl saçının hər telini ilana çevirdi. Meduza indi ona baxanları daşa çevirən qadına çevrilib.

Mənbə: Tarihli Sanat

Tərcümə etdi: Nəzri Süleymanova

Paylaş
Şərh əlavə et