Bu gün:

DNT-dən genə


Göz rənginiz ananızdan, saç düzümünüz isə atanızdan gələ bilər. Bəs bu xüsusiyyətlər nəsildən-nəslə necə ötürülür?

DNT nədir?

Dezoksiribonuklein turşusu olaraq da bilinən DNT canlının bütün həyati fəaliyyətini davam etdirə bilən genetik xüsusiyyətləri daşıyan molekuldur.

İnsan DNT-sində üç milyard nukleotid var. DNT hüceyrə nüvəsində, mitoxondrilərdə və xloroplast orqanellərində olur. Bəs, təxminən, iki metr uzunluğunda olan DNT hüceyrəyə necə sığır?


Hüceyrə nədir?

Hüceyrə canlının ən kiçik struktur və funksional vahididir.

Kernel nədir?

Hüceyrə nüvəsi hüceyrənin içərisində olan strukturlardan biridir.

Xromosom nədir?

Hüceyrənin bölünməsi zamanı xromatin qısalır, qalınlaşır və bükülür. Bu bükülmüş quruluşa xromosom deyilir. İnsanlarda 46 xromosom var.

Xromatin nədir?

DNT-nin nukleosomlara möhkəm bükülmüş quruluşuna xromatin deyilir. Bu, DNT-dən daha qalın bir filamentli quruluşdur.

Nukleosom nədir?

Hüceyrə daxilində DNT təxminən iki dəfə səkkiz histon zülalının ətrafına bükülür. Bu quruluşa nukleosom deyilir. Beləliklə, DNT daha az yer tutur və hüceyrənin içərisinə sığar.

Gen nədir?

Genlər müəyyən uzunluqdakı DNT-nin funksional parçalarıdır. Genlər irsi xüsusiyyətlərimizi daşıyır və müxtəlif funksiyaları olan zülalların sintezini təmin edir.

Mənbə: Bilim Genç Tübitak 

Tərcümə etdi: Aydan Qasımova

Paylaş
Şərh əlavə et