Bu gün:

Dahi insanlar


Dahi insanlar öz xüsusiyyətlərinə görə baxışımızı dəyişdirməklə yanaşı, dünyaya eyni prizmadan baxmağımıza şərait yaradırlar. Dahilər hər şeyi fərqli rakursdan, böyük bəsirət, intuisiya, ilham, düşüncə və ya inanc vasitəsilə görür və ya qavrayır. Onlar yeni perspektivi o qədər fərqli bir perspektiv təqdim edir ki, zaman keçdikcə qarşısıalınmazlığı ortaya qoyur ki, bir daha heç vaxt eyni şeyi görməyəcəyik. Onların nöqteyi-nəzəri bizimkindən daha geniş sahəni əhatə edir. Bu qeyri-adi uğurun sirri dahilərin təfərrüatlar arasında əlaqə yaratmaq və dayaz perspektivdən görünməyən dərin əlaqələri kəşf etmək bacarığındadır. Dahilik tarixində Şekspirin müəyyən etdiyi ümumi bir tendensiya var: İnqilabçı dahi olmaq üçün bir az dəli olmaq lazım gələ bilər.

 

Dahi şəxsiyyəti dərk etmək tarixi şərait, mədəni mühit və digər elementləri dərk etməyi tələb etsə də, dahi həmişə fərdi olur. Ancaq biz onu asanlıqla tərif edə və ya sözlə ifadə edə bilmərik. Amma biz dahiliyi görəndə və ya hiss etdikdə tanıya və onun əlçatmaz təbiətini qavramaq üçün təxəyyülümüzdən istifadə edə bilərik.

 

Bəzilərimiz dahi olduğunu iddia edə bilərik. Lakin demək olar ki, hər bir ana və ata yeni doğulan körpəsinin gözlərinə baxdıqları ilk anda gördükləri dahi qığılcımından danışır.

 

Orijinal dizaynına görə insan beyni geniş yaddaş, öyrənmə və məhsuldarlıq potensialına malikdir. Sizinki də... Düşündüyünüzdən də çox...

 

İnsan beyni unikal, məhsuldar, özünü ifadə edən parça toxunmağa hazır olan sehrli parçadır.

 

Beynin 100 milyard neyronu insan psixologiyasının sadə faktıdır, insan beynini özünəməxsus, məhsuldar özünüifadə toxuması toxumağa hazır sehrli dəzgah kimi təsvir edən böyük nevroloq Ser Çarlz Şerinqton olmuşdur. Ancaq bu güc təsirli olduğu qədər də çətin ola bilər və onu açmaq üçün yeganə yol potensialımızı necə inkişaf etdirəcəyimizi bilmək və məlumatı öyrənən və əlaqə quran bu yüz milyard neyronları mümkün olan ən təsirli və məhsuldar üsullarla istifadə etməkdir. Bu, kortəbii bir proses deyil. İstifadə etdiyimizdən daha çox şeyə sahib olduğumuzu kor-koranə qəbul etməli olsaq da, əlimizdəki gücdən tam istifadə etməyi öyrənməliyik.

 

Xoşbəxtlikdən, bunu tək etməli deyilik. Tarix insan beyninin potensial gücünə hər kəsi inandırmaq üçün kifayət qədər intellektual nəhənglər yetişdirmişdir. Hamımızın bildiyi kimi, onların kəşfləri və ixtiraları yaşadığımız dünyanı formalaşdırıb. Amma zehni əməyinin bəhrələrinə görə onlara təşəkkür borcumuz olduğu kimi, biz də tarixin ən inqilabçı dahilərindən Allahın verdiyi unikal istedadlarımızı kəşf etmək üçün öz beynimizdən necə istifadə edəcəyimizə dair təlimat və ilham istəyə bilərik. Çünki bu böyük dahilər coğrafiya, astronomiya və dövlət idarəçiliyi sahələrində bizə bələdçilik etdikləri kimi, bizim öz potensialımıza gedən yolu işıqlandıra bilərlər. Onların çata bildiyi eyni misilsiz yüksəkliklərə can atmağa ehtiyacımız yoxdur. Bəzilərimiz artıq o zirvələri fəth etmişik, az qala! Ancaq kainatımızı yenidən qurmaq, dünyamızı yenidən təyin etmək kimi hiss edirik.

 

 

 Mənbə: üstünzeka

 Tərcümə etdi: Nuray Mürsəlova

Paylaş
Şərh əlavə et