
Səmərqənd Özbəkistanın ürəyi kimi təsvir edilən ölkənin ikinci ən böyük şəhəridir. Yer üzündəki ən heyrətamiz memarlıq strukturuna sahib məkandır.
Dünyanın ən mürəkkəb və nəfis memarlığına malik olan Səmərqənd şəhəri bütün dünya üçün əsl turizm mərkəzinə çevrilib. Səmərqənd İpək Yolu ticarətinin mərkəzi olduğu üçün zənginləşməyə başlayıb. Onun küçələri, binaları, səkilləri, bir sözlə, Səmərqəndlə bağlı hər şey bu sərvətin göstəricisinə çevrilib. Səmərqəndlə bağlı məlumatlar da sübut edir ki, şəhərin iqtisadi, siyasi və sosial inkişafı onun ticarət yolu üzərində yerləşməsi ilə bağlıdır.
Səmərqənd ziyarətçilərinin ilk dayanacağı Registan Meydanıdır. Bu meydanda kənardan eyni görünsə də, içərisi çox fərqli tərtibatlı mədrəsələr vardır. 400 illik Şer-Dor mədrəsəsinin minarəsi 40 metr məsafədən bütün ziyarətçilərə unikal mənzərə təqdim edir.
Yaz və yay axşamları Səmərqənddəki Şer-Dor mədrəsəsində ənənəvi musiqi konserti keçirilir. Musiqi özbək mədəniyyətinin böyük bir hissəsidir və ənənəvi özbək musiqisi bir çox mühüm şairlərdən və köhnə kəlamlardan təsirlənmişdir.
Mənbə:ytur.net
Tərcümə etdi:Səmayə Qədirova
