Bu gün:

Sağlamlıq üçün gəzinti



Gəzinti ümumi sağlamlığınızı yaxşılaşdırmaq və ya saxlamaq üçün əla bir yoldur. Hər gün cəmi 30 dəqiqə ürək-damar sistemini gücləndirə, sümükləri gücləndirə, artıq bədən yağını azalda, əzələ gücünü və dözümlülüyünü artıra bilər.

O, həmçinin ürək xəstəliyi, tip 2 diabet, osteoporoz və bəzi xərçəng növləri kimi xəstəliklərin inkişaf riskini azalda bilər.

Bəzi digər məşq formalarından fərqli olaraq gəzmək pulsuzdur və heç bir xüsusi avadanlıq və ya məşq tələb etmir.

Sağlamlığınızı yaxşılaşdırmaq üçün fiziki fəaliyyətin güclü olması və ya uzun müddət davam etməsi lazım deyil.

Gəzinti az təsirlidir, minimal avadanlıq tələb edir, günün istənilən vaxtında edilə bilər və öz sürətinizlə həyata keçirilə bilər. Daha güclü məşq formaları ilə bağlı risklərdən narahat olmadan çölə çıxıb gəzə bilərsiniz. Gəzinti həm də kilolu, yaşlı və ya uzun müddət məşq etməyən insanlar üçün əla fiziki fəaliyyət formasıdır.

Əyləncə və fitnes üçün gəzinti yerli məhəllə küçələrində təkbaşına gəzməklə məhdudlaşmır. Gəzintini həyat tərzinizin xoş və sosial hissəsi etmək üçün istifadə edə biləcəyiniz müxtəlif klublar, məkanlar və strategiyalar var.

Gəzintinin sağlamlıq faydaları:

Gəzərkən öz bədən çəkinizi daşıyırsınız. Bu ağırlıq daşıyan məşq kimi tanınır. 

Faydalardan bəziləri bunlardır:

● qan-damar və ağciyər (ürək və ağciyər) sağlamlığı 

●hipertoniya (yüksək qan təzyiqi), yüksək xolesterin, oynaq və əzələ ağrısı və ya sərtliyi və diabet kimi vəziyyətlərin idarə edilməsi

● daha güclü sümüklər və  balansın nizamlanması

● artan əzələ gücü və dözümlülük

● bədən yağının azaldılması

Gündə 30 dəqiqə gəzin:

Sağlamlıq faydalarını əldə etmək üçün həftənin əksər günlərində bacardığınız qədər sürətlə ən azı 30 dəqiqə gəzməyə çalışın.

Gəzinti kimi orta fəaliyyətlər sağlamlıq üçün az risk yaradır, lakin sağlıq problemləriniz varsa, hər hansı yeni fiziki fəaliyyət proqramına başlamazdan əvvəl həkiminizlə məsləhətləşin.

Gəzməyi rutin halına gətirməyə çalışın – məsələn, hər gün eyni vaxtda gəzməyə çalışın. Unutmayın, günün hansı saatında gəzdiyinizdən asılı olmayaraq, eyni miqdarda enerji istifadə edirsiniz, ona görə də sizin üçün ən uyğun olanı edin.

Ola bilsin ki, kiminsə sizinlə gəzməsini xahiş etmək, onu müntəzəm fəaliyyətə çevirməyə kömək edəcək. Bəzi insanlar fəaliyyət gündəliyini və ya qeydini saxlamağı üçün bunu da edir.

Mənbə: betterhealth.vic.gov.au 

Tərcümə etdi: Ləman Xəqani

Paylaş
Şərh əlavə et