Bu gün:

Ədviyyatların faydalı xüsusiyyətləri


Ədviyyatlar yeməklərimizi dadlandırmaq ilə yanaşı bir sıra faydalı xüsusiyyətlərə də malikdir.


Mixək:

Tərkibindəki eugenol maddəsinin təsiri ilə yüngül diş və diş əti ağrılarında uyuşdurucu təsir göstərir və antibakterial xüsusiyyətə malikdir. 


Nanə:

Nanə bitkisinin efir yağı antispazmodik, carminative, soyuducu, stimullaşdırıcı və antioksidant təsirlərə malikdir. 


Oregano:

Həzmsizliyin qarşısını alır və mədəni rahatladır. Xolesterolu tənzimləmə xüsusiyyətinə malikdir. 


Rosemary:

Ürək sağlamlığımızı qorumağa kömək edir 


Qırmızı bibər:

Maddələr mübadiləsini sürətləndirərək arıqlamağa kömək edir. Eyni zamanda qırmızı bibər afrodizyak təsirə malikdir. 


Sarıkök:

Qaraciyərin detoksifikasiyasına kömək edir və həmçinin antikanserogen xüsusiyyətlərə malik olduğu sübut edilmişdir. 


Zirə:

Qarın boşluğunda qaz və həzmsizlik şikayətlərini azaldır. 


Darçın:

Xüsusilə insulin hormonuna təsiri ilə qan şəkərini tənzimləməyə kömək edir. 


Ədviyyatların hər biri bir möcüzə kimidir və faydaları bir çox elmi araşdırmalarla təsdiqlənmişdir. Ən əhəmiyyətli xüsusiyyətlərindən biri də antioksidant xüsusiyyətləridir. 


Mənbə:npistanbul

Tərcümə etdi:Nailə Hadizadə

Paylaş
Şərh əlavə et