Bu gün:

Sakura ağacı necə böyüyür?


Sakura ağacı möhtəşəm görünüşü ilə abadlıq baxımından çox önəmlidir. Xüsusilə, son zamanlar Sakura ağacı bağlarını nağıllara çevirmək istəyənlərin seçimidir.

Sakura yapon mənşəli bir sözdür. Sözün türkcə qarşılığı albalı çiçəyi deməkdir. Yapon mədəniyyətində mühüm yeri olan Sakura ağacına da verilən addır.

Son zamanlar, xüsusən də, yeni tikilən şəhər xəstəxanasına Çam və Sakura adı verildikdən sonra daha çox maraq yaranıb. Sakura ağacını tədqiq edənlər onun möhtəşəm görünüşünə heyran qalırlar. Yapon mədəniyyətində mühüm yeri olan sakura ağacı Yaponiyanın milli simvolu kimi də tanınır. Ağac yanvar ayından Yaponiyanın müxtəlif yerlərində çiçəklənməyə başlayır. Bu dövrdə bəzi bölgələrdə çiçəklər martdan aprelin əvvəlinə qədər çiçək açır. 

Yaponiyada əfsanəsi olan və müqəddəs sayılan sakura ağacının çiçəkləri də çox faydalıdır. Bu təbiət möcüzəsi özünəməxsus mənzərəsi ilə ruhumuza faydaları ilə yanaşı fiziki sağlamlığa da müsbət təsir göstərir.

Xüsusilə, sağlam və parlaq dəri üçün istifadə olunur.
Tərkibindəki E vitamini dərini qidalandırır və qoruyur.
Kollagen istehsalını təşviq edərək dərini qocalmaqdan qoruyur. Dərinin elastikliyini artırmağa kömək edir.  

Mənbə: Hürriyyət

Tərcümə etdi: Nuray Mürsəlova

Paylaş
Şərh əlavə et