Bu gün:

Meymun çiçəyi virusu


Covid-19 pandemiyasından sonra dünyanın müxtəlif yerlərində narahatlıq yaratmağa başlayan xəstəliklərdən biri də son zamanlarda ortaya çıxan meymun çiçəyi virusudur. Əvvəlki illərdə məlum olan və daha çox Afrika qitəsinin qərb və mərkəzi hissələrində müşahidə edilən virus, son zamanlar müxtəlif insan populyasiyalarına təsir etməyə başlayıb. Gəmiricilərin və vəhşi heyvanların bədənlərində görülən meymun çiçəyi virusu xəstə heyvanlardan insanlara keçərək insanlar arasında yayılır.

Meymun çiçəyi virusu nədir?

Xəstəliyin adı meymun çiçəyi olsa da, əslində virus gəmiricilərdən əmələ gəlir. 1958-ci ildə araşdırma üçün saxlanılan meymun koloniyalarında çiçək xəstəliyinə bənzər əlamətlərlə iki fərqli epidemiya nəticəsində aşkar edilən virus bu səbəbdən meymun çiçəyi adlandırılıb. İnsanlarda meymun çiçəyi virusuna yoluxma ilk dəfə 1970-ci ildə müşahidə edilmişdir. O illərdən bu günə qədər Afrika qitəsində meymun çiçəyi müntəzəm olaraq müşahidə edilir. Tropik yağış meşələrinin bol olduğu Qərbi və Mərkəzi Afrikada uzun illərdir müşahidə edilən və bu bölgə ilə məhdudlaşan meymun çiçəyi, bölgədən ixrac edilən heyvanlar səbəbindən nadir hallarda dünyanın müxtəlif bölgələrinə çata bilirdi. Lakin son vaxtlar xəstəlik keçmişə nisbətən daha çox yayılıb.

Meymun çiçəyi virusunun simptomları hansılardır? 

Meymun çiçəyi xəstəliyi insanlara virusa yoluxmuş heyvandan və ya meymun çiçəyi infeksiyası olan başqa bir şəxsdən keçə bilər. İlk simptomlar 5 ilə 21 gün arasında görünə bilər. Simptomlar keçmişdə böyük epidemiyalara səbəb olan çiçək xəstəliyinə bənzəsə də, bir qədər fərqli şəkildə irəliləyir. Ən əsas simptomlara aşağıdakılar daxildir:

Yüksək hərarət

Baş, bel və əzələ ağrısı

Limfa düyünlərində şişkinlik

Yorğunluq vəziyyəti

Üşümə və titrəmə

Mənbə:medicalpark

Tərcümə etdi:Nuray Mürsəlova

Paylaş
Şərh əlavə et