Bu gün:

28 yanvar, 1878 tarixdə qazla işıqlandırılan ilk küçə


28 yanvar 1807, Pall Mall...

Qazla işləyən ilk ictimai küçə işıqlandırması 28 yanvar 1807-ci ildə Londonda, Pall Mall-da nümayiş etdirilib. Həmin ilin iyununda mühəndis Frederik Uinsor tərəfindən Kral Corcun doğum gününü qeyd etmək üçün qazla işləyən küçə işıqları quraşdırılıb.


1812-ci ildə Parlament dünyanın ilk qaz şirkəti olan London və Vestminster Gas Layt and Koke şirkətinə qaz lampalarının quraşdırılması üçün nizamnamə verdi. İki ildən az müddətdə, 31 dekabr 1813-cü ildə Vestminster körpüsü qazla işləyən küçə lampaları ilə işıqlandırıldı. 


1823-cü ilə qədər Britaniyada çoxsaylı qəsəbə və şəhərlər qazla işıqlandırıldı. Qaz işığının qiyməti neft lampaları və ya şamlardan 75%-aşağı idi ki, bu da onların tətbiqini və yerləşdirilməsini sürətləndirdi. 1859-cu ilə qədər Britaniyanın hər yerində qazla işıqlandırılan yerlər tapmaq mümkün idi və yeni yanacağa olan tələbatı ödəmək üçün minə yaxın qaz zavodu yaranmışdı. Qapalı yerlərdə qazın verdiyi daha parlaq işıq insanlara daha asan və daha uzun müddət oxumağa imkan verirdi. Bu, öz növbəsində, savadlılıq səviyyəsinin artmasına kömək etdi.


Elektrikli küçə işıqlandırması ilk dəfə 1878-ci ildə Temza sahili boyunca və Holborn viyadükünün yaxınlığında tətbiq olundu, bu sistem tez bir zamanda populyarlaşdı və əksər qaz işıqlandırmalarının populyatlığını azaltdı. Elektriklə işıqlandırılan ilk küçə isə 1880-ci ildə Brixtondakı Elektrik prospekti oldu...


Bu gün Londonda təxminən 1300 qazla işləyən küçə lampası var ki, onlardan 270-ə yaxını Vestminster Siti rayonundadır.


Mənbə: London Street

Tərcümə etdi: Bənövşə Bağırova

Paylaş
Şərh əlavə et