Bu gün:

Pitaya nədir ?


Əjdaha meyvəsi olaraq da bilinən Pitaya kaktus ailəsindən bir bitkinin meyvəsidir və çəhrayı, qalın və fərqli qabığının altında küncüt toxumlarına bənzər qara toxumları olan ağ və ya qırmızı bir meyvədir. Ağ və ya qırmızı deyirik, çünki pitayanın içinin rəngi növdən növə dəyişir. 

Türkiyədə, xüsusilə, Mersində yavaş-yavaş yayılmağa başlayan bu gözəl meyvəyə Meksika, Orta və Cənubi Amerika, İndoneziya, VyetnamMalayziya kimi dünyanın bir çox fərqli yerlərində rast gəlmək olar. Adına gəlincə, ölkəmizdə yeni-yeni populyarlaşdığı üçün onu pitaya, pitahaya, əjdaha meyvəsi, çiyələk armudu, kaktus meyvəsi və ya əjdaha meyvəsi adlandırmaq olar. Pitaya bol C vitamini ehtiva etdiyi üçün immunitet sistemini gücləndirir. 

Bundan əlavə olaraq:

C vitamininin təsiri ilə güclü antioksidant xüsusiyyətlər göstərir və sərbəst radikalların orqanizmə daxil olmasının qarşısını alaraq bizi xəstəliklərdən qoruyur;
Pitayanın tərkibində çoxlu kalsium olduğu üçün sümüklərin inkişafına və sağlamlığına müsbət təsir göstərir;
• Qan təzyiqini aşağı saldığı üçün yüksək təzyiq kimi xəstəliklərin qarşısını alır və sağalma prosesini dəstəkləyir;
Bol likopen ehtiva edən pitaya, likopenin təsiri ilə ürək-damar xəstəlikləri riskini azaldır;
Demək olar ki, kalorisinin olmaması sayəsində arıqlamağa da kömək edir;
• Bədənin nəm balansını qoruduğu üçün xüsusilə quru dərili insanlar üçün ən təbii həllərdən biridir;
• Tərkibindəki kalium sayəsində göz sağlamlığını dəstəkləməyi unutmayan pitaya xüsusilə göz quruluğundan əziyyət çəkənlər üçün faydalıdır.
Mənbə: Yemek
Tərcümə etdi: Tahirə Bağırzadə

Paylaş
Şərh əlavə et