Bu gün:

Gözəl və Çirkinin əsl hekayəsi...


1537-ci ildə anadan olan Petrusun hipertrikoz xəstəliyi olub. Bu xəstəliyə tutulmuş insanların bədənlərində heyvanlar kimi çoxlu tüklər olur. Əslində, Petrusun uşaqlığı haqqında çox məlumat yoxdur. Tarixçilər bilirlər ki, Petrus Mərakeşin qərbində yerləşən arxipelaq olan Kanar adalarında doğulub, böyüyüb, lakin təəssüf ki, onun ailəsi haqqında məlumat yoxdur. Avropalı səyyahlar onu 10 yaşı olanda kəşf etmiş və Fransa kralı II Filipə təqdim ediblər. Bu qəribə səslənir, lakin o zaman belə şeylər qəribə sayılmayıb. Padşah Petrusa görünüşünə görə heyvan kimi yanaşmaq əvəzinə, onu zadəgan kimi böyüdüb. O, Petrusun hərbi təlimdən tutmuş latın təhsilinə qədər bir çox mövzularda təhsil almasını təmin edib. Kral 1559-cu ildə vəfat edəndə həyat yoldaşı Ketrin de Medici Petrusa daha çox diqqət yetirdi. O, digər gənc zadəganlar kimi onun da evlənməsini istədi, ona görə də ona arvad axtarmağa başladı. Ketrin Petrusun arvadı ola biləcək bir çox qadından müsahibə götürdü və nəhayət, xidmətçisinin qızlarından olan Ketrini seçib. Ketrin Petrusu görəndə onun görünüşünə çox təəccüblənib. Petrusun həqiqətən çox ağıllı və xeyirxah bir insan olduğunu bilmirdi. Bir zadəganla evlənməyə ümid edən Ketrin Petrusu görəndə məyus olub.


Bir müddət sonra Ketrin və Petrus evləndilər və 7 uşaqları olub. Onun dörd övladı Petrusla eyni xəstəliyə tutulub. Uşaqlara atası kimi yüksək səviyyəli təhsil verilirdi. İstədikləri hər şey çəkinmədən alınıb. Bu qeyri-adi ailə XVI əsr Avropasının yuxarı təbəqəsi arasında getdikcə daha çox tanınıb. Heyvanlar kimi bədənləri tüklərlə əhatə olunmuş bu ailə bir çox rəssamların portretlərinə mövzu olmuş, aristokratlar arasında bu portretlər hətta hədiyyə olaraq göndərilib. İtalyan təbiətşünası Ulisse Aldrovandi Petrusun oğlu Antonietta Qonsalvus haqqında hesabat yazıb. Bu hesabat Monstrorum Historia və ya Canavarların Tarixi adlı əsərdə dərc olunub. Hamının illərdir tanıdığı, qayğısına qaldığı bu ailə İtaliyanın bir kəndinə köçdükdən sonra yoxa çıxıb. Ancaq bu gün hipertrikoz hələ də elmi ictimaiyyəti valeh edən bir vəziyyətdir. 16-cı əsrdən bəri dünyada əllidən az hipertrikoz hadisəsi qeydə alınıb.

Mənbə: Onedio
Tərcümə etdi: Tahirə Bağırzadə


Paylaş
Şərh əlavə et