Bu gün:

Niyə məşq edərkən ürək döyüntüsünü yoxlamaq lazımdır?


Yeni başlayanlara sürətli məşqlərdən çox orta məşq intensivliyində idman etmək tövsiyə olunur. Mayo Klinikasına görə, ürəyimiz orta hesabla ürək dərəcəsinin 50-70 faizi qədər, ən çoxu isə ürək dərəcəsinin 70-85 faizi qədər şiddətli döyünür. Maksimum ürək dərəcəsini təyin etmək üçün Amerika Xərçəng Cəmiyyətinin gəldiyi qənaətə nəzər salaq:

İdman edərkən ürək döyüntüsünə nəzarət etmək vacibdir, çünki ürək döyüntüsü çox yüksək olduqda, insan bədəni və ürəyi çox işlədir, lakin ürək dərəcəsi çox aşağı olarsa, insan keyfiyyətli idmanla məşğul ola bilməz, Mayo Clinic-ə görə, insanlar ürək döyüntülərini lazımi dərəcədə məşq etdirməsə, sağlamlıq və fitness məqsədlərinə çata bilməzlər. 

Amerika Ürək Assosiasiyası qeyd edir ki, ürək dərəcəsinin monitorinqi ürək xəstəliyi olan insanlar və ürək reabilitasiya müalicəsi alanlar üçün də vacibdir. Bu insanlar ürəyə çox stress qoymamaq üçün ürəklərinə nəzarət etməlidirlər, çünki bu, əlavə ürək problemlərinə səbəb ola bilər. Ürək xəstəlikləri olan insanların ən uyğun və təhlükəli olmayan fiziki fəaliyyətləri təyin etmək üçün həkimləri və fizioterapevtləri ilə danışmaları da tövsiyə olunur. Nəbz nəbz monitorinq avadanlığından istifadə etməklə izlənilə bilər.


Mənbə:411answers.com

Tərcümə etdi: Zəhra Niftiyeva

Paylaş
Şərh əlavə et