
"İncəsənətin İnciləri" rubrikası bütün dünyanı silkələyən məşhur "Fəryad" əsəri ilə qarşınızdadır.
Sənət tarixinin ən məşhur əsərlərindən olan "Fəryad" tablosu ekspressionist hərəkatı ən yaxşı əks etdirən rəsmlərdən biridir.
Bu rəsm, şübhəsiz ki, sənət tarixi ilə maraqlanmayan insanlar tərəfindən də yaxşı tanınır. Bunun ən mühüm səbəbi, başı əlləri arasında və ağzı açıq olan fiqurun bir çox yerdə sərgilənməsidir. "Fəryad" tablosundan xəbəri olmayanlar belə bu rəsmə baxanda çoxlu şərhlər verə bilərlər.
Rəsmlərində duyğuları çox gözəl əks etdirən Munk tək bir mövzu və məzmunla məhdudlaşmamış, daxili duyğuları xarici ifadələrlə özünəməxsus və maraqlı şəkildə təsvir etmişdir. Ümumi rəyə görə, “Fəryad” və ya "Qışqırıq" olaraq bilinən bu əsər rəssam Munkun ekzistensial çətinliklərini və iztirablarını ən yaxşı təsvir edən əsərdir.
Narıncı və qırmızı çalarların səmanı bürüdüyü rəsmdə hər iki əli başının arasında bir fiqur dayanır. Kişi və ya qadın olması bəlli olmayan bu fiqurun üz cizgiləri kifayət qədər qorxunc görünür. Qorxunc fiqur qışqırır, amma onun arxasında duran iki nəfər kifayət qədər sakit görünür. Eyni zamanda yaxın məsafədə gəminin olması diqqət çəkir. Şəkildəki iki nəfər və gəmi sakit görünsə də, bütün atmosferə qorxunun hakim kəsilməsinə kömək edir.
Qışqırıq tablosu ani olaraq çəkilmiş rəsm deyil. Munk bu əsərində həyatı boyu şahidi olduğu, yaşadığı, gördüyü və eşitdiyi hər şeyi bu əsərə köçürüb. "Fəryad" tablosu onun digər əsərlərində yaşadığı bütün ağrıları ən yaxşı şəkildə əks etdirirdi. Bu əsəri incəsənət tarixi boyu ekzistensial sıxıntı kimi tanınıb.
"Fəryad" daxili düşüncələrin olduqca sıx olduğu bir dövrdə hazırlanmışdı. Munch bu tablonu uğursuz və çətin vaxtlarında yaratmışdır. Rəsmdəki qışqıran fiqurun cinsinin aydın olmamasının bir səbəbi var. Bunun səbəbi də sıxıntıların, yaşananların, duyğuların cinsiyyətlə deyil, insan olmaqdan ibarət olduğu vurğulanıb.
Rəsmdəki insanın sıx emosiyalarını içində saxlaya bilməməsi, onu xaricə əks etdirməsi, əlləri ilə qulaqlarını örtməsi rəsmin mənasını düşünməyə imkan verir.
Ancaq məna ilə bağlı çoxlu şərhlər var. Edvard Munkun bu tablosu üzərində aparılan araşdırmalar zamanı rəsmin yuxarı sol küncündə sirli yazı tapılıb. Bu yazının nə olduğunu öyrənmək üçün geniş axtarış aparılıb. Şəklin yuxarı sol tərəfində “yalnız dəli tərəfindən çəkilə bilər” mənasını verən ifadə var idi. Bu ifadənin müəllifi rəssam Munk kimi tanınır. Edvard Munch tərəfindən yaradılmış bu rəsmin mənası bir çox insanla ünsiyyət qura biləcək səviyyədədir.
Hətta sənət tarixində və ya rəsm şərhində təcrübəsi olmayan şəxslər də bu rəsm haqqında çoxlu şərhlər verə bilərlər. Rəsmdə diqqət mərkəzində olan şəxs ilk baxışdan insanlarda qorxu və narahat hislərin üzə çıxmasına səbəb ola bilər. Rəsmə baxanlarda fiqurda nəyinsə səhv getdiyi barədə fikir yarana bilər. Qulaqlarını əlləri ilə bağlayıb qışqıran fiqur başqa əhval-ruhiyyədədir.
Edvard Munkun "Fəryad" əsərinin mərkəzindəki şəxsdən başqa, hər şey olması lazım olduğu kimi görünür. Bu o deməkdir ki, yalnız fiqur mənəvi olaraq öhdəsindən gələ bilmədiyi problemləri özündə əks etdirərək qışqırır.
Hazırladı: Gülay Qəribova
